Mitinqlər olmazsa, Əli Kərimli də olmaz...

18:21 28-10-2019 | icon 922 | Kürsü
Mitinqlər olmazsa, Əli Kərimli də olmaz...

19 oktyabr "şou"su o qədər güclü eyforiyaya səbəb olub ki...

ƏLİSAHİB HÜSEYNOV

/DADP sədri/

 

Bəli, bu adam nə özünü, nədə ki bizləri çox gözlətmədi, 19 oktyabr icazəsiz mitinq cəhdinin söz-söhbəti hələ səngiməmiş, yeni mitinqin təyin edildiyini bəyan etdi. Söhbət radikal müxalifətin "əbədi lideri" Əli Kərimlidən gedir.

 

19 oktyabr "şou"su Əli Kərimlidə o qədər güclü eyforiyaya səbəb olub ki, adam adrenalini biraz da artırmaq üçün 2 noyabr gününü "Milli Şura"nın növbəti mitinq günü kimi seçib. Və üstəlik də sosial şəbəkə bloggerliyinə bir an ara verməyən AXCP lideri ötən gün özünün Feysbuk hesabında bugünlərdə Çilinin paytaxtında keçirilən mitinqin görüntülərini paylaşaraq azərbaycanlıları da çilililər kimi kütləvi aksiyalara səsləyib. Siz həmin statusun birinci cümləsinə fikir verin: "Dostlar, Bakıda da bu qədər kütləvi mitinqlər ola bilərmi?".

 

Əlbəttə, əgər bu adam özünə əmin olsaydı və Bakıda da insanların bu cür kütləvi fəallığına qəti şəkildə inansaydı, o zaman əsla bu sualı verməzdi. Deməli, əminliyi olmadığına görə məsələni də sual formasında qoyur. Amma daha orasını da nəzərə almır ki, Azərbaycanla Çili tamamilə fərqli situasiyalarda fiksə olunan ölkələrdir. Bu iki ölkə arasında paralellər aparmaq və Çilinin mitinq ab-havasını kopyalayıb Azərbaycanın ictimai-siyasi gerçəkliklərinə süni surətdə proyeksiya etmək sadəcə siyasi cahillik və korafəhimlikdir. Burdan da belə bir nəticə çıxır ki, Azərbaycan ictiamiyyəti kütləvi mitinq ovqatına köklənibmi ya yox, bunun Əli Kərimli üçün heç bir təvafütü yoxdur. Çünki cənab Kərimlinin məqsədi mitinq yox, ölkədəki sabitliyi pozmaqdır. Adam bulanlıq suda balıq tutmağın ustası olduğuna görə, ölkədə qarışıqlığın yaradılmasını da özüyçün əlverişli yol hesab edir.

 

Siz təsəvvür edin, mitinqlər olmazsa Əli Kərimli də olmaz. El dili ilə desək, divin canı şüşədə olduğu kimi Əli Kərimlinin də canı mitinqlərdədir. O özü də bunu yaxşı dərk edir. Bu adam bir neçə müddət mitinqlərdə görünməsə və Yutub kanalların canlı bağlantılarına qoşulmasa, çox qısa bir zamanda unudulub gedəcək. Bu gün Əli Kərimlini ayaqda və gündəmdə saxlayan bir mitinqlərdir, birdəki sosial şəbəkələrdir. Adamın arsenalında başqa mübarizə vasitələri, başqa alternativlər yoxdur. Bu isə normal bir siyasi lider üçün faciə sayılacaq qədər acınacaqlıdır. Mən əminəm ki, əgər AXCP lideri intellektual siyasətçilər tipinə malik olsaydı, o mitinqləri özünün gündəlik siyasi mübarizəsinin əsas vasitəsi seçməzdi. Və ümumiyyətlə, radikallıqdan uzaq olardı. Ancaq nə etməli, adam düşüncə darlığından əziyyət çəkdiyinə görə, hələ ki mitinqlərdən başqa daha münasib bir mübarizə metodu tapa bilmir.

 

AXCP lideri bəlkə də hətta gecələr yuxusunda da mitinq görür. Onun imkanı olsa, əslində hər gün mitinq keçirər. Paytaxtda tez-tez bu və ya digər beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinin də necə deyərlər, onunçün heç bir istisi, soyuğu yoxdur. Adam təqvimə baxmadan, ölkə gündəminə nəzər salmadan, gözlərini yumub mitinq vaxtı təyin edir. 19 oktyabr mitinqini də elə bu cür ixtilalçı, araqarışdırıcı düşüncə ilə təyin etmişdi. Əgər onda zərrə qədər də olsa milli ruh olsaydı, o həmin vaxt mitinqi yox, Türk Şurasının Bakıdakı birlik təşəbbüslərini təbliğ edərdi. Ancaq biz tamam fərqli bir mənzərənin şahidi olduq.

 

Təsəvvür edin, 19 oktyabr mitinqindən bir neçə gün əvvəl Bakıda Türk Şurasının Zirvə toplantısı, 19 oktyabr mitinqindən sonra isə Qoşulmayanlar Hərəkatının 18-ci Zirvə Görüşü keçirildi. Lakin Əli Kərimli və onun özü kimi "vətənpərvər" yandaşları, cəbhədaşları bu iki mötəbər toplantının heç birinə dəstək nümayiş etdirmədilər. Amma hal bu ki, bu hər iki toplantı Azərbaycanın beynəlxalq arenada çəkisinin, nüfuzunun daha da artırılmasına xidmət edirdi. Odur ki, Əli Kərimli və dəstəsi müxalifətçiliyi bir kənara qoyub, bu toplantılara heç olmasa, sadəcə bir vətəndaş kimi, bir azərbaycanlı kimi öz dəstəyini göstərməliydi. Lakin məlum oldu ki, bu adamın vətənpərvərliyi də dırnaqarasıdır. Hazırda bütün günü sosial platformalarda oturub “ay haray, Azərbaycan dağılır, bu iqtidarın sonu çatıb, İlham Əliyev ölkəni idarə edə bilmir, biz gəlirik” kimi populist fikirlər səsləndirən, xəyallarla yaşayan gülüş doğuran bayağı cəfəngiyatlar danışan Əli Kərimli və onun "Milli Şura"dakı bir ovuc yandaşları mütəmadi surətdə xalqı siyasi iğtişaşlara, kütləvi aksiyalara, qarşıdurmaya və üsyana çağırırlar.

 

Artıq Əli Kərimli və onun trolları "dinc mübarizə" çətirindən də istifadə etməyə lüzum görmürlər. Onlar açıq şəkildə bəyan edirlər ki, biz hakimiyyəti zor gücünə alacağıq. Odur ki, Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin hərdənbir "Youtube" kanallarından səsləndirdikləri "biz üsyan, çaxnaşma istəmirik, biz dinc mübarizə metodlarının tərəfdarıyıq" demələri də siyasi riyakarlıqdan və sadəcə "maskirovka"dan başqa bir şey deyil.

Bu adamlar əsl həqiqətdə qana susayıblar. Mövcud iqtidarı hakimiyyətin bunlara təhvil verilməyəcəyi təqdirdə üsyanlara məcbur qalacaqları ilə təhdid edən bu şəxslərin "dinc mübarizə" nağıllarına inanmaq sadəlövhlük olardı. Əli Kərimli kimi avantüristlərin ağlındakı və təsəvvürlərindəki "dinc mitinq", "dinc mübarizə" anlayışları əsl həqiqətdə isə kütləvi itaətsizlikdən və inqilabdan başqa bir şey deyil. Lakin cəmiyyətimiz də kifayət qədər yetkin cəmiyyətdir, təcrübəlidir.

 

Əli Kərimli bir ovuc insanı aldada bilər, amma bütöv bir cəmiyyəti əsla aldada bilməz. Odur ki, mitinqlərə əbədi mübarizə "fəlsəfəsi" kimi baxmaq məncə, ağılsızlıqdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin