“Xalq qəzeti”nin əməkdaşları ilə bağlı yubiley toplantısı keçirilib

18:52 28-10-2019 | icon 552 | KİV
“Xalq qəzeti”nin əməkdaşları ilə bağlı yubiley toplantısı keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə "Xalq qəzeti"nin üç əməkdaşının - tanınmış qələm sahibləri Tahir Aydınoğlunun, İlqar Həsənovun və Namiq Əhmədovun 60 illik yubileylərinə həsr olunmuş təntənəli mərasim təşkil olunub.

 

Versus.Az xəbər verir ki, tədbir Şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcəyimiz üçün təcrübə qaynağıdır” layihəsi çərçivəsində keçirilib.

 

Mərasimi Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açmış, yubilyar jurnalistlərin həyat və yaradıcılığından danışmışdır. Tahir Aydınoğluna, İlqar Həsənova və Namiq Əhmədova Azərbaycan Mətbuat Şurasının diplomları, Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyələri təqdim olunmuşdur.

 

Yubiley məclisinin iştirakçılarından Məzahir Süleymanzadə, Aqil Abbas, İradə Tuncay, İttifaq Mirzəbəyli, İzzət Rüstəmov, Mahmud Mahmudov, Şəddat Cəfərov, Ramiz Məmmədzadə, Rəşad Məcid, Allahverdi Məmmədli, Ağalar Bayramov, Zərifə Bəşirqızı, Qənimət Səfərov, Bəbir Hüseynov, Rauf Ağayev və başqaları çıxış etmişlər.

 

Çıxışlarda üç dostun, üç yubilyarın yaradıcılıq uğurlarından bəhs edilmiş, xatirələr söylənilmişdir.

Göstərilən qayğı və diqqətə görə Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə minnətdarlığını bildirən yubilyar jurnalistlər yaradıcılıq planlarından danışmışlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI