“Fərdi bacarıqlarımızın artırılması üçün nə etməliyik?”

10:42 30-10-2019 | icon 310 | Təhsil
“Fərdi bacarıqlarımızın artırılması üçün nə etməliyik?”

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Fərdi bacarıqlarımızın artırılması üçün nə etməliyik?” mövzusunda təlim keçirilib.

 

Versus.Az xəbər verir ki, Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamladıqdan sonra, ölkəmizdə gənclərə daim diqqət və qayğı göstərildiyini nəzərə çatdırıb. O bildirib ki, ümummilli lider Heydər Əliyevin yürütdüyü dövlət gənclər siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Gənclərin gələcəkdə peşəkar kadr kimi yetişmələri üçün ölkə rəhbərliyinin gördüyü işlərdən bəhs edən C.Məmmədov “Könüllü fəaliyyət haqqında” qanunun, eləcə də “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın gənc nəslin inkişafında, bacarıqlarının artırılmasında xüsusi rol oynadığını vurğulayıb.

 

İnstitut rəhbəri tələbələrə dərslərdə fəal olmağı, peşəkar mütəxəssis kimi yetişmələri üçün daim yeniliklər axtarışında olmağı tövsiyə edib. Rektor bildirib ki, Aİİ-də mütəmadi olaraq keçirilən seminar, “dəyirmi masa”, konfrans və görüşlərin əsas məqsədi gənclərin təhsil, elm, sosial, mədəni və peşə hazırlığı sahələrində fərdi inkişaflarına nail olmaqdır.

 

Peşəkar təlimçi Elvin Dadaşsoy “Fərdi bacarıqlarımızın artırılması üçün nə etməliyik?” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, gənclər təhsil aldıqları dövrdə aktiv olmalı, təkcə nəzəri biliklərlə kifayətlənməməli, daim axtarışda olmalıdırlar: “Böyük xəyallar qurmaq, ona çatmaq üçün öz üzərində işləmək və heç vaxt yolundan dönməmək insanı təsəvvür belə etmədiyi məqamlara gətirib çıxara bilər”. – deyə Elvin Dadaşsoy vurğulayıb. O, tələbələrə sosial şəbəkələrdən həddindən artıq istifadə etməməyi, vaxtlarını hədər yerə sərf etməməyi, doğru karyera yolunu seçmək üçün bacarıqlarından maksimum yararlanmağı tövsiyə edib.

 

Seminar mövzu ətrafında tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür