Azərbaycanla UNESKO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

11:48 30-10-2019 | icon 326 | İdman
Azərbaycanla UNESKO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

UNESKO-nun Parisdə yerləşən baş qərargahında Gənclər və İdman naziri Azad Rəhimovla təşkilatın Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşifin görüşü olub.

 

Versus.Az xəbər verir ki, A.Rəhimov Azərbaycanda gənclər və idman sahələrində aparılan islahatlar, əldə olunan nailiyyətlər, eləcə də, uğurla təşkil edilən beynəlxalq idman tədbirləri haqqında məlumat verib, ölkəmizin bu sahələrdəki öhdəliklərindən söz açıb.

Görüşdə Azərbaycan-UNESKO əməkdaşlığına toxunulub və əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasının oktyabrın 30-da işə başlayacaq iclasının gündəliyində duran məsələlər və Konvensiyanın həyata keçirilməsinə qarşı təhdidlər də görüş zamanı müzakirə mərkəzində olub.

 

Sonda Azərbaycanda həyata keçirilən gənclər siyasəti və bu sahədə qəbul olunmuş strateji sənədlərə uyğun əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi