Ölkəmizin beynəlxalq nüfuzunu artıran ŞUŞA BƏYANNAMƏSİ

10:00 12-06-2023 | icon 856 | Siyasət
Ölkəmizin beynəlxalq nüfuzunu artıran ŞUŞA BƏYANNAMƏSİ

Könül İsmayılova: “Bütün dünyaya verilən siyasi, diplomatik mesajımızla irəliləyirik”

 

““Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasının ikinci ilidir. Tarixin yaddaşına həkk olunmuş bu an həmin vaxt dünyaya elə bi mesaj idi ki, bu mesajla sanki hər kəs yerini bildi”.

 

Bunu “Şuşa Bəyannaməsi” ilə bağlı Versus.Az-a açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Könül xanım qeyd etdi ki, 2021-ci ilin 15 iyununda Şuşada imzalanan Bəyannamə qardaş ölkəylə tarixi münasibətlərin yeni mərhələsinin başlanğıcı oldu:

 

“Türk birliyi qorxusunu daim yaşayan dövlətlər üçün bu Bəyannamə sözün bitdiyi yer oldu. Çünki iki qardaş ölkənin daha da qardaşlaşması, sıxlaşması hər iki ölkənin daha da güclənməsi deməkdir. Ölkələrimiz arasında münasibətlər bütün müstəvilərdə davamlı inkişaf edəcək. Müttəfiqlik əlaqələrimizə siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələr daxildir. Bununla yanaşı, Bəyannamənin iqtisadi əhəmiyyəti də böyükdür”.

 

K.İsmayılova bildirdi ki, Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması iqtisadi əməkdaşlıq sahəsində perspektivləri daha ümidverici edirdi ki, bu da zamanla sübut olunmaqdadır. Onun sözlərinə görə, bu həm də Qarabağda Türkiyənin varlığı deməkdir:

 

“Bütün dünyaya verilən siyasi, diplomatik bir mesaj. Bu Bəyannamədən sonra Rusiya da artıq Azərbaycanla hesablaşmanın vaxtının çatdığını anladı. Ermənistan demək olar ki, Qarabağla bağlı bütün ümidlərini itirdi, digər dövlətlər birbaşa olmasa da, dolayısıyla münasibətlər sisteminə yenidən nəzər yetirməli oldular”.

 

Bəyannamənin əhəmiyyətini şərtləndirən mühüm amillərdən birinin də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdən ibarət olduğunu vurğulayan siyasətçi xanım qeyd etdi ki, gələcəkdə genişmiqyaslı işlərin aparılması üçün vacib olan məsələlər bəyannamədə öz əksini tapıb.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı