"ABŞ Nümayəndələr palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi qətnaməni qərəzli, ədalətsiz hesab edirik və qınayırıq"

10:22 31-10-2019 | icon 299 | Siyasət
"ABŞ Nümayəndələr palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi qətnaməni qərəzli, ədalətsiz hesab edirik və qınayırıq"

ABŞ Nümayəndələr palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi qətnaməni pisləyir, qərəzli, ədalətsiz hesab edirik və qınayırıq. Bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur. ABŞ Konqresinin Nümayəndələr Palatasının bu qətnaməsi açıq siyasi xarakter daşıyır və qardaş Türkiyəyə siyasi təzyiq məqsədilə qəbul edilib.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Qənirə Paşayeva bildirib.

 

Qənirə Paşayeva qeyd edib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyan etdiyi kimi, Türkiyə Barış Pınarı Hərəkatı ilə ABŞ-ın böyük oyununu, bölgədə həyata keçirmək istədiyi layihəni pozdu:

 

"Çünki ABŞ-ın bu böyük oyunu Türkiyənin milli maraqlarına, sərhəd təhlükəziliyinə ciddi problemlər yaradırdı və terror təşkilatları ilə mübarizəsini çətinləşdirirdi. ABŞ Nümayəndələr Palatası qondarma erməni soyqırımı ilə bağlı qərar da daxil olmaqla, aldığı 2 qərarla Türkiyədən intiqam almaq və ona təzyiqlər edərək qardaş ölkəni cəzalandırmaq, geri çəkilməyə məcbur etmək istəyir. Türkiyə dövləti isə artıq rəsmi bəyan edib ki, bu cür qərarlarla Türkiyəni milli maraqlara xidmət edən mövqedən geri çəkilməyə məcbur edə bilməyəcəklər, Türkiyə dövləti və xalqı bu qətnaməni qəbul etmir, heç bir zaman da qəbul etməyəcək".

 

Nümayəndələr Palatasının bu qərarı ilə ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi roluna da bir daha ciddi kölgə düşürdüyünü vurğulayan millət vəkili bildirib ki, onsuz da cəmiyyətimizdə ABŞ-ın bu məsələdə neytral, obyektiv rol oynamasına və ya oynayacağına dair inam həddindən artıq zəif idi. Bu qərardan sonra isə insanların inamı tamamilə itdi:

 

"Çünki müasir dünyanın gözləri qarşısında işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırım barədə danışmayan Nümayəndələr Palatasının qondarma erməni soyqırımı ilə bağlı qərarı bir daha ikili standartlardan xəbər verdi və Türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək.

Qardaş Türkiyənin yanındayıq. Gənclərimiz media, sosial şəbəkələrdə, diaspor təşkilatlarımız yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə bu cür qərarların nə qədər ədalətsiz olması, heç bir tarixi fakta əsaslanmaması barədə geniş təbliğat işləri aparmalıdırlar. Biz hamımız harada doğulub harada yaşamamızdan asılı olmayaraq Türk millətinin övladları olaraq bu ədalətsiz qərarları qınamaqla yanaşı qondarma erməni soyqırımı yalanları ilə mübarizəmizi də daha da gücləndirməliyik".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol