Milli Qəhrəman Koroğlu Rəhimovun doğum günüdür - VİDEO

10:54 31-10-2019 | icon 653 | Şəhidlər və şahidlər
Milli Qəhrəman Koroğlu Rəhimovun doğum günüdür - VİDEO

Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 1960-cı ildə Yaqublu kənd orta məktəbinə gedib. 1961-ci ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçüb. Burada təhsilini başa vurduqdan sonra isə 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstituna daxil olub.



1972-ci ildə hərbi xidmətə çağırılır. 1974-cü ildə Almaniyada hərbi xidmətini başa vurur və yarımçıq qalmış təhsilini tamamlayır.



Qəlbi Vətən eşqi ilə döyünən Koroğlu, Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixdə Milli Ordu sıralarına yazılıb. 1992-ci il 30 aprel "N" saylı bölüyə komandir təyin edilən Koroğlunun şərəfli döyüş yolu başlayıb. 13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində bu bölüyün adı dilləri gəzib. Onlar 15 erməni yaraqlısını məhv edərək xeyli silah-sursat ələ keçiriblər. Koroğlu buradakı döyüşdə dörd faşisti şəxsən özü məhv edib. 14 iyunda isə cəsur döyüşçülər Mənəşlini də yaraqlılardan təmizləyiblər. 15 iyunda isə Başkənd erməni işğalçılarından təmizlənib. Bu əməliyyatlar nəticəsində Koroğlunun komandirlik etdiyi alay erməni qəsbkarlarının onlarla canlı qüvvəsini məhv edib, xeyli silah-sursat ələ keçiriblər. Bölüyün zəfər yürüşü davam edirdi. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardınca qəsbkarlardan təmizləndi. Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak edib. 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub.



Ailəli idi, üç övladı yadigar qalıb: Rəhimov Rəşad Koroğlu oğlu, Rəhimov Samir Koroğlu oğlu, Rəhimova Ülviyyə Koroğlu qızı, bir nəvəsi var - Rəhimli Koroğlu Rəşad oğlu.



Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bakının küçələrindən birinə K.Rəhimovun adı verilib.



2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyasında istehsal olunan "Qarabağ qəhrəmanları" silsiləsindən 4-cü sənədli film Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimova həsr olunub. 10 dəqiqəlik sənədli filmin ssenari müəllifi Rəfiqə Məsud, rejissoru Kəmalə Musayeva, operatoru Rüfət Süleymanovdur. Sənədli ekran əsəri Koroğlu Rəhimovun keçdiyi şücaətli döyüş yolunu əks etdirən xroniki kadrlar üzərində qurulub.


 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI