Gələn ilin dövlət büdcəsi zərfinə müsbət rəy verilib

11:39 31-10-2019 | icon 479 | İqtisadiyyat
Gələn ilin dövlət büdcəsi zərfinə müsbət rəy verilib

Oktyabrın 30-da Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

 

Palatadan Trend-ə verilən məlumata görə, iclasda “2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihələrinə verilmiş rəyləri ətraflı müzakirə olunaraq təsdiq edilib, sənədlərin Milli Məclisində müzakirəsi tövsiyə olunub.

 

Bundan başqa, iclasda dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan “Azərsu” ASC-yə ayrılmış vəsaitlərin istifadəsinə dair nəzarət tədbiri üzrə Auditor Hesabatı da müzakirə edilib, kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatın göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclinə təqdim olunması qərara alınıb.

 

İclasda, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR