"Ayı ətini satan “ovçu” cəmiyyətə, dövlətə cavab verməli olacaq"

12:28 31-10-2019 | icon 659 | Cəmiyyət
"Ayı ətini satan “ovçu” cəmiyyətə, dövlətə cavab verməli olacaq"

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sosial şəbəkədə ayı ətinin satıması ilə bağlı yayılan məlumata münasibət bildirib.

 

Versus.Az xəbər verir ki, nazir deyib ki, ayı ətini satan “ovçu” artıq saxlanılıb və o, cəmiyyətə, dövlətə cavab verməli olacaq.

 

Nazirin sözlərinə görə, burada ictimaiyyətin də rolu böyükdür:

“Bu xəbər sosial şəbəkədə yayılandan sonra ayı ətini satan insan aşkar edildi və saxlanıldı. Cəmiyyət və dövlət birgə çox yaxşı fəaliyyət göstərdi. Biz bu cür məsələlərə hamılıqla yanaşmalıyıq”.

 

Nazir əlavə edib ki, müxtəlif heyvanların şəxsi evlərdə və ya iaşə obyektlərində saxlanması faktları azalıb:

“Artıq ictimaiyyət bu istiqamətdə məlumatlıdır. Kimsə bu cür hala rast gəlirsə, onu ictimailəşdirir və dərhal tədbirlər görülür”.

 

Qeyd edək ki, dünən Qəbələdə ayı əti satmaq istəyən şəxs saxlanılıb. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qəbələ rayonu Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı “VAZ-2106” markalı 36-BL-273 dövlət nömrə nişanlı avtomobilin yük yerində ət aşkar edilib və mütəxəssislər tərəfindən ayı əti olduğu təsdiqlənib. Avtomobilin sahibi Qəbələ rayonu Tikanlı kənd sakini Səyahət Şəfiyev barəsində akt tərtib olunub.

 

Məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma materialları Qəbələ rayon Prokurorluğuna göndərilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı