Azərbaycan Milli İncəsənət Muzeyi Asiya Milli Muzeylər Assosiasiyasına üzv olub

09:37 02-11-2019 | icon 341 | Mədəniyyət
Azərbaycan Milli İncəsənət Muzeyi Asiya Milli Muzeylər Assosiasiyasına üzv olub

Oktyabrın 29-31-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Asiya Milli Muzeylər Assosiasiyasının (ANMA) 7-ci konfransı keçirilib.

 

Mədəniyyət Nazirliyindən Versus.Az-a verilən məlumata görə, qurumun builki toplantısında ölkəmizdə də təmsil olunub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva tədbirdə iştirak edib.

 

Ənənəvi toplantının açılışında Malayziyanın Turizm, İncəsənət və Mədəniyyət nazirinin müavini Tuan Muhammad Baxtiar bin Van Çik salamlama nitqi ilə çıxış edib. Sonra konfransın sədri, Malayziyanın Muzeylər İdarəsinin baş direktoru Datuk Kamarul Baharin bin A.Kasim tədbir iştirakçılarını salamlayaraq ötən müddətdə görülən işlərə nəzər salıb.

 

Konfrans çərçivəsində Yaponiya, Çin, İndoneziya, Vyetnam, Tailand, Şimali Koreya, Nepal, Kamboca, Sinqapur, Oman, Qazaxıstan milli muzeylərinin son iki il ərzindəki fəaliyyəti ilə bağlı təqdimatları olub.

 

Tədbirdə həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin sektor müdiri Nərgiz Abdullayeva tərəfindən ölkəmizin aparıcı muzeylərindən olan Milli Xalça və Milli İncəsənət muzeyləri ilə bağlı təqdimat təşkil edilib. Təqdimatda sözügedən muzeylər haqqında məlumat verilib, bu mədəniyyət ocaqlarının həyata keçirdiyi layihə və proqramlardan söz açılıb. Hər iki muzeyin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

 

Uğurlu təqdimatdan sonra səsvermə keçirilib və Azərbaycan Milli İncəsənət Muzeyi Asiya Milli Muzeylər Assosiasiyasına üzv qəbul edilib.

 

Tədbir çərçivəsində Tokio, Çin və digər üzv ölkələrin milli muzey direktorları ilə görüşlər təşkil edilib, əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

 

Konfrans iştirakçıları Malayziyanın məşhur Kral Sarayı, Milli və Tekstil muzeylərinə baş çəkiblər. Qonaqlar daha sonra UNESKO-nun Dünya irs siyahısında yer alan Malaka şəhərinə səfər ediblər.

 

Qeyd edək ki, Asiyadakı milli muzeylər arasında mübadilə və əməkdaşlığın təşviqi məqsədilə yaradılan ANMA-nın 16 üzvü var. Hər iki ildən bir assosiasiyanın konfransı təşkil olunur. Qurumun növbəti konfransı 2021-ci ildə Oman dövlətində keçiriləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür