Bu əlamətlər öd daşlarının yaranmasına işarə edir

10:52 02-11-2019 | icon 425 | Sağlamlıq
Bu əlamətlər öd daşlarının yaranmasına işarə edir

Bir çoxları ağızda acılığa, həmçinin yeməkdən sonra sağ tərəfdə qabırğaaltı ağrılara önəm vermir. Lakin bu əlamətlər öd daşlarının yaranmasına işarə edir. Öd daşlarının yaranması və şiddətlənməsi dözülməz ağrılara səbəb ola bilər.

 

Versus.Az Medicina.az-a istinadən öd daşlarının müalicəsində ən çox istifadə edilən xalq təbabət metodlarını təqdim edir:

Qırmızı çuğundur


Öd daşlarının yaranmaması üçün daim çuğundur şirəsi içmək lazımdır. Səhər yeməyindən sonra 2-3 saat soyuduca qalmış 1/2 stəkan çuğundur şirəsi içmək lazımdır. Eyni effekti balqabaq şirəsi də verir. Balqabaq şirəsini gündə 3 dəfə 1 stəkan qəbul etmək lazımdır.

 

Tərəvəz şirələrinin qarışımı


Bu şirə qarışımını hazırlamaq üçün eyni miqdarda kök, xiyar və çuğundur şirəsi götürülməlidir. Bu metodla müalicə 6 ay ərzində aparılır. İlk ay əgər gündə 1 stəkan qəbul edilməlidirsə, növbəti aylarda gündəlik norma 5-6 stəkan təşkil edir.

 

Solmaz çiçəyi dəmləməsi


1 xörək qaşığı üyüdülmüş solmaz çiçəyini bir stəkan qaynar suda dəmləyin. Sonra süzün və soyudun. Yenidən ilkin həcmdə qaynadılmış su əlavə edin və gündə 1/2 stəkan 2 dəfə qəbul edin.

 

Yovşan cövhəri


Hazırlanması üçün yovşan və qatırquyruğu qurusunu qarışdırın. Belə qarışımın hər bir xörək qaşığını 1 stəkan qaynar suda 20-30 dəqiqə dəmləmək lazımdır. Gün ərzində iki dəfə bir çay qaşığı qəbul etmək lazımdır.

Qarpız qabığı

Ödü daşlaradan təmizləməyə qarpız qabığının qurusu kömək edə bilər. Üyüdülmüş 4 xörək qaşığı qarpız qabığı qurusu 1 litr suda vam odda yarım saat qaynadılır. Süzülmüş və soyudulmuş qarışımı gündə 5 dəfə 1 xörək qaşığı kimi qəbul etmək lazımdır.

 

Çəmən ətirşahı


Bu xalq təbabəti vasitəsi ilə xəstəliyin şiddətlənməsinin qarşısı alınır və öd daşlardan təmizlənir. 2 çay qaşığı quru və üyüdülmüş ətirşah 300 ml qaynar suda səhərə kimi dəmlənir və gündə 4 dəfə qəbul edilir.

 

Kələm şorabasının suyu

Yeməkdən əvvəl gündə üç dəfə 1/2 stəkan qəbul etmək lazımdır. Müalicənin müddəti 1,5-2 aydan çox olmamalıdır.

 

Qırmızı quşarmudu (və ya üvəzi)


Hər gün 2 stəkan meşədən yığılmış quşarmudu meyvəsi yemək lazımdır.

 

Qıtığotu cövhəri


Qıtığotunu sürtkəcdən keçirin və 4 xörək qaşığı bitkini bir stəkan südlə qarışdırıb isidin (qaynamamalıdır!). 20 dəqiqə soyutduqdan sonra süzün və bir dəfəyə için. Hər gün bunu etsəniz öd daşlarını əridə bilərsiniz.

 

Mərsin yarpaqlarının dəmləməsi


2 xörəq qaşığı mərsin yarpaqlarının qurusu 1 stəkan suya əlavə edilir və qaynar su vannasında 30 dəqiqə saxlanılır. Alınmış dəmi 1/2 stəkan miqdarında gündə 3 dəfə qəbul etmək lazımdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

“Sovetski”də qədim quyu və tunellər aşkarlandı

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI