Əslində mövcud olmayan 5 xəstəlik

10:56 02-11-2019 | icon 539 | Sağlamlıq
Əslində mövcud olmayan 5 xəstəlik

Amma həkimlərimiz diaqnoz qoyur

 

Bu xəstəliklər Amerika və Avropada tibbi baxımdan diaqnoz olunmur, qəbul edilmir, amma Azərbaycanda da daxil olmaqla MDB dövlətlərində hələ də həkimlərin axtardığı xəstəliklərdir.

 
 
Dünya Səhiyyə Təşkilatının xəstəliklər təsnifatında MKB-10-da vegetativ distoniya və uşaqlığın tonusu adlı xəstəlik yoxdur. 
 
 
Versus.Az Medicina.az-a istinadən əslində mövcud olmayan, amma bizdə həkimlərin bəzi oxşar simptomlar məcmusuna görə təyin etdikləri o 5 "xəstəliyi” təqdim edirik:
 
 
1.Vegetativ-damar distoniyası
 
Nevroloqlar bu diaqnozu çox sevir. Xəstə əsəbidir,yatmır, sinirləri sıxılır,qan dövranı pozulub, halsızdır, nevrozdur- deməli, vegetativ distoniyadır. 
Damarların və sinirlərin tonusunun pozulması kimi xarakteristika olunan bu xəstəlikdə xəstədə səbəbi bilinməyən ağrılar gəzir, təzyiqi oynayır, təngənəfəs olur.
 
 
Digər səbəblər tapılmayanda həkimlər vegetativ pozulma diaqnozunu qoyur. Bu xəstəliyin mənası odur ki, xəstənin niyə belə olması məlum deyil, özü də sağala bilər, sağalmaya da bilər”. 
 
Daha dəqiq diaqnozu araşdırmağın dərdindən həkimlər hətta uşaqların da xəstəlik kitabçasına distoniya yazır. 
 
 
Əslində isə xəstəni aritmioloq, kardioloq, endokrinoloq, nevroloq, qastroenteroloq dərindən yoxlamalıdır. Xüsusən yeniyetmələrdə bu simptomlar hormonal pozulmalardan qaynaqlana bilər. 
 
 
2.Uşaqlığın tonusu
 
Tonus gərginlik, yığılma, darılma deməkdir. Uşaqlıq əzələli orqandır, əzələ isə təbii ki, yığılıb açılma xüsusiyyətinə malikdir, ona görə uşaqlığın əzələlərinin yığılması təbii haldır.
 
Dünya tibbində bu tutmalara Brekston- Hiks deyilir və plasenta kifayət qədər qanla təchiz olunur. 
Əgər hamiləlikdə daim gərgin, yığılmış uşaqlıq problem yaradırsa, tonus diaqnoz deyil. Həkim buna səbəb olan pozulmanı tapmalıdır. 
 
 
3.Disbakterioz
 
Bağırsaqların mikroflorasının pozulması, balansının dəyişməsi, zərərli bakteriyaların çoxalması çox adamda baş verir. Xüsusilə antibiotik, bir sıra dərmanların qəbulundan, rotavirusdan, zəhərlənmədən, stressdən, çirkli qidadan və s. 
 
Bu zaman həzm pozulur, diareya, ishal, köp, iştahsızlıq yaranır. 
 
Mikroflora bir müddət sonra öz-özünə də bərpa ola bilər, əgər xəstə düzgün, faydalı qidalansa, probiotik qəbul etsə. Əgər düzəlməsə, o zaman disbakterioz diaqnozu yox, daha dəqiq səbəblər və diaqnozlar tapılmalıdır. Xüsusən stress, əsəb və qorxu bağırsaqda belə pozulmalar yarada bilir.
Xaricdə disbakterioz adlı xəstəlik yoxdur.
 
 
4.İmmundefisit
 
Uşaqlara, yeniyetmələrə, tez-tez xəstələnənlərə, hər hansı ağır xəstəlik keçirənlərə immunitetin çatışmır, zəifdir kimi diaqnozlar qoyub, immundefisitə qarşı dərmanlar yazırlar. Əslində isə immunçatışmamazlığı ağır diaqnoz olub, SPİD kimi xəstəliklərdə yaranır və ya xəstədə anadangəlmə olur.
İmmunmodulyatorlar adı ilə satılan dərmanlar   isə qəbul olunmamalıdır.
 
 
5.Ostexondroz
 
Əslində, bu diaqnoz MRB-10 altında rəsmi olaraq var, amma ostexondroz  son zamanlar az qala hər yoldan keçənə qoyulacaq qədər geniş yayılmış diaqnoz deyil. Həkimlər də baş, boyun, bel ağrılarında ostexondroz deməyi sevir. Onun  isə müalicəsi qəlizdir. 
 
Yaşlandıqca onsuz da insanın qığırdaq toxuması kirəclənir, amma bu hər kəsdə güclü ağrılar vermir. Ona görə yaşlı insana ostexondrozun var, get müalicə olun demək qeyri-peşəkarlıqdır. Əgər sizə sadəcə ağrınıza görə, ostexondrozdur deyib yola salırlarsa, o zaman ikinci bir mütəxəssis rəyinə görə başqa həkimə də gedin.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi