Eyləməyin dəngəsər, buraxmıram, əl çəkin

09:21 04-11-2019 | icon 1157 | Köşə
Eyləməyin dəngəsər, buraxmıram, əl çəkin

...Bizim bu qoltuq sevdalısı məmurlarımız…

 

PAKİZƏ BABAYEVA

/İsveç-Bakı/

 

Qoltuq mənimdir baba, dəxli nədir sizlərə? Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə?

 

…Ulu Sabir bağışlasın bizi, misralarına kiçik dəyişiklik etdik. Çünki bizlərə elə bir miras qoyub gedib ki, yüz illər də keçsə dəyişməyən huyumuz, suyumuz, yaşımız, qurumuzla bu mirası da daşımağa məhkumuq...

 

Bugünkü mövzumuz da elə Sabirsayağı, onun "ağız dadına" layiq "qoltuq kəraməti" haqqındadır. Qoltuq deyərkən ağlınıza başqa şey gəlməsin, uzun illərdir dilimizə yapışıb qalan kreslodan bəhs edəcəm ki, bizim dildə qoltuq adlanır.

 

Hamımıza yaxşı məlumdur ki, son vaxtlar gündəmimizdən heç düşməyən bu "qoltuq xəstəliyi" məsələsidir ki, çəmiyyət baş sındırır.

 

Cəmiyyət deyir ki, düşün bu zavallı qoltuqlardan, təzə əndam görsün, havası dəyişsin. Qoltuq sevdalıları isə inadla dirəniblər ki, yox, bu bizim mirasımızdır, bizimlə də ölüb getməlidir. Özü də deyirlər ki, bunu bizə SİZ vermisiniz. İndi camaat da qalıb mat-məəttəl ki, bunu nə zaman veriblər və veriblərsə də, neyçin veribər. Xülasə, məsələ dönüb bir kordüyünə, açılmır ki, açılmır...

 

Belə bir fikir mövcuddur ki, siyasətdə əxlaqa adaptasiya olma xüsusiyyəti yoxdur. Qısacası, əxlaqın ən az rol oynadığı sahələrin başında siyasət gəlir, əxlaqın nəzarət ölçüsünün düdüyü burada ötmür. Yəni, "hər şey mübahdır" məsələsi.

 

Aristotel haqlı olaraq göstərirdi ki, hökümətin alın yazısını bəlirləyən hər zaman ətraflndakı silah taşıyanları, daha sadə desək silahdaşlarıdır. İqtidarın bugünkü gəldiyi acınacaqlı vəziyyəti, xalqla arasındakı dərin uçurumun da səbəbkarı məhz bu silahdaşların bitib-tükənməyən qoltuq hərisliyi, bu qoltuğun saxladığı firavan həyatın cazibəsidir ki, illərlə qəsb etdikləri qoltuqlarda oturaraq, xalqın başına hər türlü corab hörürlər.

 

Xalqın əksər hissəsi normal həyat şəraitinin altında yaşarkən bu qoltuq sahibləri firavanlıq içində üzürlər, xalq öz övladını məktəbə göndərməyə pul, əyninə paltar ala bilməzkən, bu qoltuqlarda oturanların övladları milyonları havaya sovururlar, xalq başını soxmağa bir dam tapmazkən, bunlar dünyanın ən gözəl yerlərində saraylar qurarlar.

 

Rəhmətlik Əziz Nesin məhz bu qoltuq sahiblərini qəsd edərək yazırdı ki: "Qapıçı olacaq adam deyildi, amma bu dünyanın şirazəsi pozulmuş, altı üstünə gəlmişdi. Qapıçı belə olmayacaqların qapısında bir neçə qapıçı vardır. Qapıçılarla qapı sahiblərinin yeri dəyişdirilmişdir."

 

Mən deyərdim ki, dünyada ən təhlükəli şey, məhz bu "qapıçı belə olmayacaqların" Qapı sahibi olmasıdır. Çünki öz gücsüzlükləri altında əzilənlərin qoltuq sevdası böyük olur. Haqq etmədən qazandıqları bu qoltuqdan düşərlərsə, heç kimə və heç nəyə lazım olmadıqlarını yaxşı bilirlər. Oliqarx hakimiyyət rejiminin fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, vəzifə tutmaq vara görə müəyyənləşdirilir. Yoxsul olan nə qədər bacarıqlı və professional varsa da, vəzifəyə buraxılmırlar. Elə son vaxtlar ölkədəki yerdəyişmə siyasətində olduğu kimi. Sadəcə kadr dəyişikliyi edilmişdir ki, mahiyyət etibarilə yaxşı nə isə gözləmək sadəlövhlükdür.

 

Aristotel göstərirdi ki, mövqelərini pul ilə satanlar məsrəflərini geri almaq yoluna düşərlər. Bizdəkilər də mövqelərini, daha doğrusu qoltuqlarını pul ilə satın aldıqları üçün məsrəflərini çıxarmaq dərdinə qalar, verdiklərini nəinki təlafi edər, üstəlik yüksək kar dərdinə də düşər ki, bu da xalqın dərisinin soyulması hesabına başa gələr.

 

Xalq illərdir ki, bu acınacaqlı halına dözüb dayanır. Məhz onun bu "qədərinə boyin əymə" acizliyinin səbəbindəndir ki, bu qoltuq oğruları illərdir ki, onun haqqını oğurlayırlar. Bir türlü birləşmə gücünü özündə tapa bilməyən Xalqdan fərqli olaraq, qoltuq oğruları öz hörümçək torunu məharətlə toxuyaraq ölkənin maddi, mənəvi bütün sahələrini inhisara almışlar. Xalqı isə az qala quru çörək gəmirməyə məhkum etmişlər.

 

Hardasa oxumuşdum ki, "siyasət adamlarını bəbək bezi kimi düzənli olaraq və eyni səbəbdən dəyişdirmək lazımdır". İndi bizim 20-30 il dəyişdirilmədən yerində oturan məmurları təsəvvür edin. Xalq artıq bu "qoxuya" dayana bilmir. Bu yıpranmış məmur nəsil isə bir türlü yerindən qımıldanmaq istəmir. "Daş yerində ağırdır" deyib babalarımız. İllərin süzgəcə döndərdiyi daban daşına bənzəyən bir sürü məmur hələ də zorla pərçimləndikləri qoltuqlarından qopmaq istəmirlər. Milli Məclis adlanan, dövlətin can damarı sayılan qurumun qocalar evindən fərqi yoxdur. Ölkəyə, dövlətə heç bir yardımı toxunmayan bu "qocalar xoru" öz bozuq nəqarətlərini təkrarlamaqdan nə usanır, nə də utanırlar. İstənməyən yerdə duracaq qədər alçalmağı özünə rəva görən bu məxluqları, ölkə başçısının çağrışı belə tərpədə bilməyir. Özlərinin üzmək, qaçmaq "məharətlırindən" ağızdolusu danışan bu insanlar, hələ də tutduqları qoltuğun anlamını anlayacaq dərrakədə deyillər ki, Milli Məclis idman kompleksi deyil, ora fiziki sağlamlıq deyil, çevik siyasi ağıl və bacarıq lazımdır. Ordakı qoltuqlar dövlətin, xalqın taleyüklü məsələlərinin həlli üçündür, yatışmaq üçün deyil.

 

P.Jennin yerinə düşən bir deyimi var: "Yaşlılar həyatlarının ancaq işə yarayan qismlərini hesablasaydılar, kim bilir nə qədər yaşlı bu gün gənc sayılardı." Elə bizim "min cavana dəyən" məmurlarımız da bu baxımdan "gənc" sayıla bilərlər.

 

Makiavelli insan zəkasını üç qismə ayırırdı: Özü anlayan, Başqalarının anlatdıqlarını anlayan, Nə özü anlayan, nə də başqalarının dediklərini anlayan.

Birincisi çox dəyərli, ikincisi sadəcə dəyərli, üçüncüsü isə işə yaramayandır.

Bizim bu qoltuq sevdalısı məmurlarımız 3-cü qismə aiddirlər. Yoxsa çoxdan "öz yerlərində" olardılar...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı