Əks-kəşfiyyat idarəsi ilə 713-ün birgə əməliyyatı

09:24 04-11-2019 | icon 914 | Şəhidlər və şahidlər
Əks-kəşfiyyat idarəsi ilə 713-ün birgə əməliyyatı

 Faiq Bəxtiyarov: “Qan izləri meşəyə doğru gedirdi”

II HİSSƏ

 (əvvəli bu linkdə)

 

..Möhkəm külək əsirdi. Bərk üşüyürdük. Həm də ac idik, heç yemək yeməyə taqətimz də yox idi. Yorğunluqdan ayaq üstə dayana bilmirdik. Növbəylə yatmağa qərar verdik. Növbədə ilk dayanan leytenant Çingiz, sonra mən oldum...

 

Təxminən 1 saat keçmişdi ki, dağın ətəyindən səs gəldiyini eşitdim. Yatan yoldaşlarıma baxdım, əgər atəş açsaydım, onlar çaş-baş qalardılar. Buna görə əvvəlcə İsmayılı və Asifi oyatdım. Asifə “ehtiyatli ol, burda qal” dedim. Biz ikimiz irəli getdik. Artıq dəstəmiz hamısı oyanmışdı. Onlar döyüş mövqeyi tutanda biz xeyli aralanmışdıq. Səslər aydın eşidilirdi, yarı rus, yarı erməni dilində danışırdılar. Qaraltılar görünürdü. 10-15 nəfər idilər. İkimiz də eyni anda qumbaraları atdıq, partlayışla ermənilərin bağırtıları eşidildi. Güclü atısma basladı.

 

Natiq qaçıb bizim yanımıza gəldi. O. əl pulemyotuyla atmağa başladı. O biri yoldaşlar da bizə yaxınlaşıb atmağa başladılar. Bir az keçəndən sonra ermənilər atəşi dayandirdılar. Biz də dayandıq.

 

Bir xeyli keçəndən sonra hava işıqlaşırdı. Duşmən qüvvələri çoxdan meşəyə tərəf qaçmışdı. Onlar elə bilmişdilər ki, dağın başında bizim böyük qüvvəmiz var. Biz səhərin açılmasını gözləyirdik. Leytenant Çingiz,  kapitan Təvəkkül, mən və İsmayıl aşagı enməyə başladıq, orada qumbaraların partladığı  yerdə qan izləri var idi. Bir az da irəli getdik. 4-5 yerdən qan izləri meşəyə dogru gedirdi. Kapitanın əmri ilə təqibi dayandırıb geriyə yoldaşlarımızın yanına qayıtdıq. Hamımız yorgun olsaq da,  üzümüz gülürdü. Hamımız salamat idik, aşağıda gördüklərimizi onlara danışdıq. Geriyə qayıtmalı idik. Qarşıda hələ çox uzun yol var idi....

 

“ŞƏRTLƏŞDİYİMİZ YERƏ ÇATANDA FİŞƏNG ATDIQ”

 

Biz oradan uzaqlaşmağa çalışırdıq. Qalın meşənin ətəyində daha bir yandırılmış kənd var idi. Əsrlər boyu xalqımızın çörək verdiyi bu bədxahlar qanımıza susamışdiıar. Onlar evləri talan eləyib, yandırıb dağıtmışdılar. Biz kəndə girmədən ötüb keçdik. Tələsirdik, məlumatları komandanlığa çatdirmalı idik.

 

Kol-koslardan tuta-tuta Sarıbabaya doğru qalxırdıq. Nəhayət dağın zirvəsinə çatdıq. Çox qaranlıq idi. Uzaqdan atilan mərmi və gullələrin işığını görürdük. Hoçaz tərəfdə döyüş gedirdi. Geçəni dağın başında qaldıq. Səhər açılanda yola düşdük, bir neçə saatdan sonra İpək kəndinə çatdıq. Burada bir az dincəlib Qozlu tərəfə irəlilədik. Qozlunu gunorta keçib Vağazin yoluna çıxdıq və getməyə basladıq. Şərtləşdiyimiz yerə çatanda fişəng atdıq, Vağazində olan 811 nömrəli hərbi hissənin əsgərləri maşınla bizi qarşıladılar. Biz kəndə çatanda qəbiristanlıqda bir neçə əsgərin qəbir qazdıgını gördük, maşını saxlayıb aşagı endik. Məlum oldu ki, 2-ci rota Hoçazda döyüşə girib, şəhidlərimiz var. Bu şəhidlər Vağazin kəndindən oldugu uçun xalası oglu və bir neçə həmkəndlisinin iştiraki ilə hörmət və ehtiramla şəhid qardaşımızı dəfn etdik.

 

Sonra Piçənisə gəldik. Müdafiə Nazirliyinin zabitləri Kəlbəcərə getdilər. Biz isə qərargaha gəlib mayor Süleyman Əhmədova, kapitan Füzuli Rzaquliyev və Mehdi Rustəmova məlumat verdik. Mehdi müəllim “gedin dincəlin, yorgunsunuz” dedi. Uşaqlar rotaya, mən də silah anbarına - qardaşmın yanına getdim. Rövşən və Sədi qanı qara halda oturmuşdular. Soruşdum ki, nə olub? Cavab vermədilər, sadəcə “get yat, dincəl” dedilər.

 

Yorgunluqdan ayaq ustə güclə dayanmışdım. Nə qədər yatdığımı bilmədim. Birdən ayıldım ki, bayırdan səslər gəlirdi. Tez silahımı götürüb bayıra çıxdım. Öyrəndim ki, 1-ci  və 2-ci  rotalar hücuma keçərək 6 şəhid qardaşımızı götürüblər. Mən maşına yaxınlaşdım, şəhidlərin arasında uşaqlıq dostum Alxasov Qasım da var ldi. Onun yanında iki qardaş olan Asəflə Kamlin meyidləri idi. Daha digər qardaşlara baxa bilmədim, gözlərim qaraldı. Mənə elə gəldi ki, yenidən yaralandım, yıxılmamaq üçün maşına söykəndim. Uşaqlıq illərimiz gözlərimin önündən keçdi. Sanki Qasım indi oyanıb gülə-gülə “gedək qisasımı alaq” deyəcək idi..

 

İGİD TEYMURLU
Versus.az.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi