Tələbələrə “Smart tələbə kartı” təqdim edildi

11:28 04-11-2019 | icon 634 | Təhsil
Tələbələrə “Smart tələbə kartı” təqdim edildi

Noyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni “Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib. Yeni məhsul Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və UNEC-in təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə həyata keçirib.

 

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, UNEC-in rektoru, professor Ədalət Muradov, Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə, Mastercard-ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri, universitetin müəllim-tələbə heyəti və media nümayəndələri iştirak ediblər.

 

“Yeni kart vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirəcəklər. Regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcək. Tələbələr smart kartı universitetə, UNEC-in kitabxanasına və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunmasının nəzərdə tutulduğu vurğulanıb. Yeni kart məhsulu təhsilin inkişafı üzrə dövlət proqramına dəstək verməsi ilə yanaşı, həmçinin nağdsız ödənişlərin stimullaşdırılmasına da öz töhfəsini verəcək”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə bildirib.

 

Tədbirin sonunda UNEC-in birinci kursunda oxuyan 20 nəfər Prezident təqaüdçüsünə ilk smart tələbə kartları təqdim edildi.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı