“Musiqi Dünyası” “Yeni Yurd” uşaq evində

13:04 15-04-2018 | icon 1381 | Sosial
“Musiqi Dünyası” “Yeni Yurd” uşaq evində

 

Q.Abbasov adına Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Musiqi Dünyası" musiqiyə dəstək kompaniyasının üzvləri “Yeni Yurd” uşaq evində yardım konserti keçirib.

 

Versus.az-ın məlumatına görə, aprelin 14-də baş tutan yardım konsertinin təşkilatçılarından biri və “Musiqi Dünyası”-nın sədri Rəqsanə Əsəd öz çıxışı və musiqiləri ilə tədbiri açıq elan edib.

 

Əvvəlcədən yığılan vəsait hesabına körpələrə və yeniyetmələrə hədiyyələr alınıb və şirniyyat süfrəsi açılıb. Gənc və istedadlı xanəndə Rəqsanə Əsəd, vokalist Günel Həsənova, gənc xanəndə Səbinə Cəfərova öz musiqi töhfələri ilə uşaqları sevindiriblər.

 

Gənc fəallar Aytən Əsgərova, Vaqif Dadaşov, Səid Əliyev, Dillər Universitetinin gənc fəalları Sevinc xanım, Nigar xanım uşaqlara edilən yardımları toplayıb uşaqlara verərək onları sevindirib.

 

Prezident təqaüdçüsü, AYB-nin üzvü şair-publisist Günay Nəriman, Dövlət və qanun qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı gənclərə xeyirxah iş görməkdə yardım göstərib və onlara dəstək olub.

 

Sonda uşaq evinin direktoru Yasəmən xanım hər kəsə təşəkkür edib.

 

G.Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol