Bu nazirlikdə iki yeni qurum yaradılıb

12:05 04-11-2019 | icon 52 | İqtisadiyyat
Bu nazirlikdə iki yeni qurum yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrləri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Bakı Ərazi şöbəsi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradılıb.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi Fondun Səbail və Yasamal rayon şöbələrinin, DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə Xidmətin Səbail və Yasamal Məşğulluq Mərkəzlərinin bazasında təşkil edilib.

 

Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğun olaraq, cari ilin may ayında Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi - DOST Agentliyi və Agentliyin 1 saylı DOST Mərkəzi fəaliyyətə başlayıb. 1 saylı DOST Mərkəzində Bakının Səbail və Yasamal rayonlarının əhalisinə sosial müdafiə və sosial təminat, habelə məşğulluq, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi sahəsində xidmətlər göstərilir. Həmin rayonlar üzrə DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsinin və DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin yaradılması da qeyd edilən amil nəzərə alınmaqla, DSMF-nin və DMX-nin strukturunun optimallaşdırılması və yerli qurumların səmərəliliyinin artırılması məqsədinə xidmət edir.

 

Bundan sonra, Səbail və Yasamal rayonları üzrə sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta və fərdi uçot məqsədləri üçün uçotunu DSMF-nin Bakı şəhər idarəsi aparacaq. Bu rayonlar üzrə müvafiq kateqoriyadan olan vətəndaşlara sosial məişət xidmətlərinin göstərilməsini, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılmasını isə 1 saylı DOST mərkəzi yerinə yetirəcək.

 

DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi isə DOST Mərkəzləri ilə əlaqəli fəaliyyət göstərərək, həmin Mərkəzlərdən daxil olan sənədlər əsasında sosial təminat növlərinin (pensiya, müavinət, Prezidentin aylıq təqaüdü və s.) təyini və ödənişi, bu məsələlərlə bağlı həmin Mərkəzlərdən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini, sosial müdafiə və təminat sahəsində digər tədbirləri görəcək.

 

Həmçinin Səbail və Yasamal rayonları üzrə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən işsiz şəxslərin özünüməşğulluq fəaliyyəti üçün şəraitlərinin qiymətləndirilməsi işini və bu proqrama cəlb edilərək mal və materiallar formasında aktivlər verilmiş şəxslərin fəaliyyətlərinin monitorinqini 1 saylı DOST mərkəzi aparacaq.

 

1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə DOST Mərkəzləri ilə əlaqəli fəaliyyət müstəvisində aktiv məşğulluq, habelə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin təşkili, DOST Mərkəzlərindən daxil olan müraciətlərə operativ baxılması və həll edilməsi işlərini görəcək. Həmçinin qeyri-leqal məşğulluğun aşkar edilməsi və qarşısının alınması sahəsində aidiyyəti orqanlarla fəaliyyət istiqamətlərinə uyğun birgə nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak edəcək.

Xəbər lenti

"Vaxtilə AXC-Müsavat hakimiyyətində olanlar..."

"Təsadüfi, küçə adamları idi, çətinə düşən kimi də qaçdılar"

Xaricdə oxuyanlar vətənə dönüb Azərbaycanın təhsilinə öz töhfələrini verməlidirlər

Azərbaycan Universitetində Xalq şairi Vahid Əziz ilə görüş olub

Virtual Reallıq dərsləri başlayır

"Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"

Xəstəxanalarda vətəndaşların qeydiyyatının aparılması üçün şəxsiyyət vəsiqəsi tələb olunur

Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH

"Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış" adlı sərgi açılıb

Azərbaycanda 7 qadından biri bu hüquqdan istifadə edir

BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib

ALDP SƏDRİ: Ceyhun müəllim, baxın və ölçü götürün - VİDEO

Bələdiyyə seçkilərində namizəd olmaq istəyənlər üçün SON GÜN

"“Alüminium” biennalesi ölkəmizdə müasir incəsənətin inkişafına töhfə verir"

Yeni kukla teatrı açılıb

Ermənilər atəşkəsi 21 dəfə pozdu

Şeyx Məhəmmədin böyük oğlu ilə bağlı 10 fakt - FOTO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Paşinyan yenə sərsəmlədi və...

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

AXCP prezidentə müraciət etdi

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Parlament binası qarşısında aksiya başlayıb

Müsavatın "mühacir oyunu" ifşa edildi

“İki çay arasında cənnət” adlı kitab çap olunub

Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq

İcra hakimiyyəti başçısının 1-ci müavini vəzifədən getdi

Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefa verməyə çağırıb

Sifilis necə yaranır?

"Qayğı" Sosial İnkşaf Mərkəzinin rəhbəri "Nur" uşaq evində olub

Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə ŞOK FAKTLAR - FOTO