Müstəqil Ekspert Qrupunun seçki hesabatı

18:09 15-04-2018 | icon 828 | Siyasət
Müstəqil Ekspert Qrupunun seçki hesabatı

 

“Seçkiyə gələnlərin uzun növbələri yaranmışdı”

 

“2018-ci ilin prezident seçkiləri Azərbaycan Respublikasının tarixində keçirilən bütün seçkilərdən daha azad, daha ədalətli, daha şəffaf və demokratik bir şəraitdə baş tutdu. Prezidentliyə namizədlərin teledebatları Azərbaycan cəmiyyətinə yeni fikir və ideyalar verdi”.

 

Bunu Versus.Az-a aprelin 11-də keçirilən seçkilərlə bağlı açıqlamasında Müstəqil Ekspert Qrupunun (MEQ) rəhbəri Prof.Dr. Qüdrət İsaqov bildirib. MEQ rəhbəri qeyd edib ki, namizədlərin teledebatları tam azad və demokratik şəraitdə keçirilib, onların Azərbaycanın şəhər və rayonlarında azad və demokratik şəraitdə görüşlər keçirməsinə bərabər imkanlar yaradılıb:

 

“Builki seçkidə müşahidəçilərin bolluğu diqqəti cəlb edirdi.

Həm seçki öncəsi prosesdə, həm də seçki günü polisin və icra hakimiyyətlərinin seçkilərə hər hansı müdaxiləsi olmadı.

2018-ci ilin prezident seçkilərini həm Azərbaycanda, həm də digər ölkələrdə keçirilən seçkilərə nümunə adlandırmaq olar.

Prezident seçkiləri haqqında belə yüksək fikirləri səsləndirməyə özümü ona görə haqlı hesab edirəm ki, mən və rəhbəri olduğum Müstəqil Ekspert Qrupu 2018-ci ilin prezident seçkilərində olduqca geniş coğrafiyada hərtərəfli, sistemli və əhatəli fəaliyyət göstərdik”.

 

Qüdrət İsaqov bildirib ki, Müstəqil Ekspert Qrupu seçki öncəsi Bakının Yasamal, Binəqədi, Nəsimi, Səbail və Nərimanov rayonlarında, eyni zamanda Şirvanda, Sumqayıt, Mingəçevir, Gəncə, Qəbələ, Ağdaş, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Ucar, Göyçay və Qubada müşahidə və monitorinq aparıb, sorğular keçirib:

 

“Ümumilikdə 300-dən çox seçki məntəqələrində və onların ərazilərində apardığımız müşahidələr, monitorinqlər və sorğular göstərdi ki, Azərbaycanda seçkiyə hazırlığın səviyyəsi yüksəkdir, şəffaf və demokratik seçki keçiriləcək, xalqımız hamılıqla İlham Əliyevi prezident seçəcək. Seçki öncəsi prosesdə 300-dən çox seçki məntəqəsinin ərazisində 3400 respondent arasında şifahi sorğunun nəticələri göstərdi ki, seçkiyə gələnlərin 98%-i İlham Əliyevə səs verəcək”.

 

Seçki günü Müstəqil Ekspert Qrupu olaraq Bakı, Sumqayıt şəhərlərinin 70-ə yaxın məntəqəsində seçki prosesini izlədiklərini vurğulayan Qüdrət İsaqov bildirib ki, müşahidələr həm də respublikamızın digər şəhər və rayonlarında keçirilməklə 250-yə yaxın məntəqəni əhatə edib:

 

“Məntəqələrin heç birində qanun pozuntuları olmadı. Seçkiyə nə polis, nə icra hakimiyyətləri, nə də namizədlərin nümayəndələri müdaxilə etmədilər. Seçki günü seçici fəallığı çox yüksək oldu. Seçki başlayan andan saat 12-yə kimi seçki məntəqələrinin hamısında seçkiyə gələnlərin uzun növbələri yaranmışdı. Saat 12:00-14:00 arasında nahar fasiləsi ilə əlaqədar olaraq seçici fəallığı aşağı düşdü. Saat 14:00-19:00 arasında seçici fəallığında sabit vəziyyət müşahidə olundu.

İlham Əliyev Azərbaycan xalqının mütləq əksəriyyətinin iradəsilə yenidən prezident seçildi”.

Prezident İlham Əliyevi və onu seçən Azərbaycan xalqını öz adından və Müstəqil Ekspert Qrupu adından təbrik edən Qüdrət İsaqov seçkilərin Azərbaycana və hər bir Azərbaycan vətəndaşına xeyirli olmasını diləyib:

 

“Arzu edirəm tezliklə Qarabağı azad edək. Arzu edirəm Azərbaycan tezliklə insan rifahı yüksək olan ölkələrin birinci onluğuna yüksəlsin. Arzu edirəm bu yolda hamımız birgə çalışa bilək. Arzu edirəm hamımız prezidentimizin ətrafında sıx birləşək. Arzu edirəm Azərbaycanın bütün problemlərini Prezidentimiz İlham Əliyevlə birgə həll edək”.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Avtomatı gözübağlı söküb-yığan məktəbli qız

67 illik dillərdə dastan sevgi hekayəsi

Ceki Çanın kəskin qocalmasının SƏBƏBİ

“Ludus”un təsisçisi Bakıda

“Qızıl top” üçün mübarizə aparan oyunçuların yenilənmiş reytinqi

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA