Şamaxıda 9 kənddə qaz yoxdur

13:45 04-11-2019 | icon 501 | İqtisadiyyat
Şamaxıda 9 kənddə qaz yoxdur

Axşam bərpa olunan qaz xətti səhər saatlarında yenidən qırılıb.

 

“Azəriqaz” İstehsalat Birliyindən Versus.Az-a verilən məlumata görə, Şamaxı rayonunda Cabanı-Əngəxaran avtomobil yolunun tikintisini icra edən təşkilata məxsus texnika ilə 160 mm diametrində polietilen “Çuxuryurd-Sabir” qaz xəttini yenidən zədələyiblər.

 

Xatırladaq ki, dünən anoloji hadisə 3-cü dəfə idi ki, təkrarlanırdı. Buna baxmayaraq “Azəriqaz” İstehsalat Birliyinin texnikası və işçi heyəti qəzanın fəsadlarının aradan qaldırılması üçün səfərbər olunmuşdu və noyabrın 3-də saat 20:00-da qazın verilişi bərpa olunmuşdu. Bu gün səhər saatlarında isə “Çuxuryurd-Sabir” qaz xəttini yenidən eyni təşkilat zədələyib.

 

Məlumat üçün bildirək ki, sözü gedən ərazidə qaz təchizatının dayandırılması Şamaxı rayonu üzrə 9 kənddə qazın verilişində fasiləyə səbəb olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı