Kişi akrobatlarımız Avropa çempionu olub

14:10 04-11-2019 | icon 341 | İdman
Kişi akrobatlarımız Avropa çempionu olub

İsrailin Holon şəhərində akrobatika gimnastikası üzrə XXIX Avropa çempionatı başa çatıb.

 

Versus.Az xəbər verir ki, yarışların son günü təmsilçilərimiz Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq Avropa çempionatının gənclər yaş qrupunda qızıl medalını qazanmağa nail olub. 

 

Kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov bütün rəqiblərini geridə qoyaraq, temp hərəkətlərinin finalında 28.260 xalla Avropa çempionu adına layiq görülüb.

 

Bununla da gimnastlar tam bir medal dəstini əldə edib. Daha öncə onlar balans hərəkətlərinə görə bürünc, çoxnövçülükdə isə gümüş medal qazanıb.

 

Daha bir medalı böyüklər arasında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük əldə edib. Gimnastlar temp hərəkətlərinin final mərhələsində 28.680 xalla bürünc medala layiq görülüb. Son Avropa Oyunlarının mükafatçıları yarışın ikinci günü balans hərəkətlərinə görə bürünc medal qazanıblar, çoxnövçülükdə isə onlar beşinci olublar.

 

Böyüklərin yarışında kişi cütlüyü tərkibində mübarizə aparan Seymur Cəfərov və Murad Əkbərov isə medalın bir addımlığında dayanıb. Balans hərəkətlərinin finalında 28.550 xal alan gimnastlarımız dördüncü yerdə qərarlaşıb. Çöxnövçülükdə onlar beşinci, temp hərəkətlərinin finalında isə altıncı olub. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ