ABŞ-da Cəmil Həsənliyə türk diplomatın – Şok cavabı

15:15 04-11-2019 | icon 448 | Siyasət
ABŞ-da Cəmil Həsənliyə türk diplomatın – Şok cavabı

Pərt vəziyyətə düşmüş güruhbaşılar bir-birinin ardınca səhv addımlara yol verdilər. Bunlardan ən ciddisi şübhəsiz ki, oktyabrın 31-də ABŞ-da “Milli Mətbuat Klubu” adı ilə fəaliyyət göstərən təşkilatda keçirilən tədbirdir.

 

Versus.Az xəbər verir ki, bu sözləri Real TV-nin sahibi, tanınmış jurnalist Mir Şahin “Mir Şahin vaxtı” proqramında bildirib. O deyib ki, Cəmil Həsənli və Sevinc Osmanqızı bu tədbirdə Azərbaycanın ünvanına sərt tənqidlər səsləndiriblər:

“Cəmil Həsənli “Azərbaycanın ən böyük problemi internet azadlığının olmamasıdır” deyəndə, Türkiyənin ABŞ-dakı səfirliyinin nümayəndəsi istehza ilə belə müdaxilə edib: “Amma bizdə olan məlumata və xalqın fikrinə görə, Azərbaycanın ən böyük problemi Qarabağdır”.

 

Cəmil Həsənli və Osmanqızının Azərbaycanı FETÖ ilə əməkdaşlıqda günahlandırımasına da türk diplomat sərt cavab verib. O, FETÖ ilə bağlı ittihamları rədd edərək, Azərbaycanın Türkiyənin yanında olduğunu, ən birinci dəstək göstərənlərdən biri olaraq müvafiq məktəbləri bağladığını qeyd edib və bu dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib.

 

Türkiyəli diplomatın vətənpərvərlik mövzusunda açıq dərsi bununla yekunlaşmayıb. O, Cəmil Həsənli və digər çıxışçılardan oktyabrın 30-da separatçı Dağlıq Qarabağ rejiminin nümayəndəsinin Konqresin binalarının birində keçirdiyi tədbirə etiraz etmək üçün yığışmış Azərbaycan icmasına niyə qoşulmadıqlarını soruşub. "Ən üzücü məqam isə ondan ibarətdir ki, Cəmil Həsənli və ətrafının ABŞ-da Azərbaycana qarşı tədbir təşkil etdiyi bir zamanda qondarma “dqr”in nümayəndə heyəti də Konqresdə və digər instansiyalarda görüşlər keçirirdi. Və bu, ilk dəfə deyil. Qaragüruhun separatçı rejimlə eyni zamanda və eyni tələblərlə, eyni ittihamlarla unison tədbir keçirməsi təsadüfə qətiyyən bənzəmir”.

 

Mir Şahin bu tədbirdə cəmi 11 adam iştirak etdiyini də əlavə edib:

“Onun da biri ERMƏNİ olub. Separatçı rejimin təəssübkeşi olan erməni…”

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI