Azərbaycanda 10 min uzunömürlü yaşayır

09:45 06-02-2018 | icon 708 | Maraqlı
Azərbaycanda 10 min uzunömürlü yaşayır

Hazırda Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10 min uzunömürlü var.

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.

U.Həşimova bildirib ki, rəsmi statistikaya görə, ötən il 100 və yuxarı yaşda olan şəxslərin sayı 838 nəfər olub. Uzunömürlülər siyahısına daha çox qadınlar düşüb. Belə ki, ölkədəki uzunömürlülərin 814 nəfəri qadın, 24-ü kişidır:

“Bu məlumatlar əsasən pasport göstəricilərinə görə tərtib olunub. Qeyd etmək lazımdır ki, pasport yaşının verifikasiyası, yəni dəqiqləşdirilməsi aparılanda göstərilən rəqəmlər dəyişə bilər”.

U.Həşimova əlavə edib ki, ölkədə yaşı 100-ü keçən insanların sayı azalıb:

“Böyük Vətən müharibəsindən sonra da aparılan tədqiqatlar göstərib ki, hətta ağır aclıq, müharibə illərinə baxmayaraq Kiçik Qafqazda, Talış dağlarında yaşı 100-ü ötmüş bir çox uzunömürlü qeydə alınırdı. 2009-cu il siyahıyaalınmasının yekunlarına əsasən, ölkədə 100 və yuxarı yaşda olan şəxslərin sayı 1143 nəfər idisə, artıq bu rəqəm xeyli aşağı düşüb. 2009-cu ildə 100 yaşını keçmiş şəxslərin 8,7 faizini, yəni 100 nəfərini kişi, 91,3 faizi, yəni 1043 nəfərini qadınlar təşkil edib. 2013-cü ildə uzunömürlülərin sayı bir qədər də azalıb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin