"Avropa çempionatlarında ilk medalımdır və qızıldır"

07:07 16-04-2018 | icon 691 | İdman
"Avropa çempionatlarında ilk medalımdır və qızıldır"

"Bakıda batut gimnastikası üzrə Avropa Çempionatında çıxış etməkdən xoşbəxtəm".

 

Versus.az Trend-ə istinadən xəbər verir ki, bu barədə batut gimnastikası üzrə Avropa Çempionatının fərdi yarışlarının qalibi portuqaliyalı gimnast Dioqo Qançinyo deyib:

 

"Mən çox xoşbəxtəm. Bu mənim Avropa çempionatlarında ilk medalımdır və qızıldır. Bu həmçinin Portuqaliyanın tarixində batut gimnastikası üzrə ilk qızıl medaldır və mən çox xoşbəxtəm onu mən qazandım. Bu medal mənim üçün, mənim ölkəm üçün və bizim idman növümüz üçün çox vacibdir. Ümid edirəm ki, bu, daha çox idmançı yetişdirməyə kömək edəcək".

 

Poetuqaliyalı gimnast yarışların təşkilatını yüksək qiymətləndirib:

"Hər şey mükəmməl təşkil olunmuşdu, hər şey əladı. Mən burada Bakıda çıxış etməkdən xoşbəxtəm. Burada gözəl atmosfer var. Maskot Qur-Qur da xoşuma gəldi".

 

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan Avropa Çempionatında həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin