"İran Azərbaycanla əməkdaşlıqda məhdudiyyət tanımır"

12:52 05-11-2019 | icon 289 | Siyasət
"İran Azərbaycanla əməkdaşlıqda məhdudiyyət tanımır"

İran Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət tanımır.

 

Versus.Az xəbər verir ki, bunu İran parlamentinin sədri Əli Laricani Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovla görüşdə deyib.

 

Ə.Laricaninin sözlərinə görə, İran parlamenti bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsini istəyir.

 

Spiker əlavə edib ki, İran xalqı və rəsmiləri Azərbaycanla əməkdaşlıq və münasibətlərin genişləndirilməsində maraqlıdır və bu əhval-ruhiyyə hər iki tərəfdən mövcuddur:

“Hazırkı şəraitdə İran və Azərbaycan arasında iqtisadi, siyasi, mədəni və ictimai münasibətlərin və əməkdaşlığın gücləndirilməsi üçün çox gözəl imkan yaranıb”.

 

Əli Laricani iki ölkə arasında kənd təsərrüfatı, nəqliyyat, sənaye və iqtisadi münasibətlərin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

 

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da İran və Azərbaycan əlaqələrinin inkişaf etdiyini bildirib.

 

B.Hüseynovun sözlərinə görə, Azərbaycan iki ölkə arasında əməkdaşlıqların həmişə inkişaf etdirilməsini dəstəkləyir:

“İki ölkə xalqı arasında turizm sektorunun gücləndirilməsi üçün imkanlar yaradılıb və yaxın gələcəkdə bu sahədə inkişafın şahidi olacağıq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı