Xanımların DİQQƏTİNƏ!

15:39 05-11-2019 | icon 951 | Sağlamlıq
Xanımların DİQQƏTİNƏ!

Döş giləsinin iltihabı döş giləsi-areola kompleksində əmələ gələn bakterial, virus və göbələk təbiətli infeksion prosesdir.

 

Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, döş giləsinin iltihabı, bir qayda olaraq, ikincili, süd vəzilərinin başqa patologiyaları, hormonal və ya immun pozulmalar fonunda inkişaf edir. İltihabi proses bir və ya hər iki döş giləsində yarana bilər.

 

 

Əsas əlamətləri

 

Döş giləsində ağrılar, döş giləsi ətrafı dərinin hiperemiyası, süd vəzilərindən maye (irinli, qanlı və ya toxuma mayesi və qan qarışığından ibarət eksudat) axması.

 

Diaqnoz isə şikayətlər, obyektiv müayinə, laborator və instrumental metodlara (duktoqrafiya, süd vəzilərinin USM-i və rentgenoqrafiya) əsasən qoyulur. Müalicə antibiotiklərin təyini və iltihab ocağının iltihab əleyhinə məlhəmlərlə işlənməsindən ibarətdir.

 

Səbəbləri

Xəstəlik döş giləsinə epitelin defekti və ya orqanizmdə olan xroniki infeksiya ocağından qanla daxil olan patogen mikroflora tərəfindən törədilir. Döş giləsi stafillokoklar və Streptococcus agalactiae ilə daha çox; nadir hallarda Herpes virusu, kandida cinsindən olan göbələklər və başqa törədicilərlə infeksiyalaşır.

 

Patogen mikroorqanizmlərin çoxalmasını aktivləşdirən faktorlara aşağıdakılar aiddir:

 

 

Laktostaz.

Süd durğunluğu şərti-patogen bakteriyaların çoxalmasını provokasiya edir, beləliklə, süd yollarının iltihabına səbəb olur. Bakteriyalar axarlar vasitəsilə döş giləsinə gəlir və iltihabın yaranmasını təmin edir. Yastı və ya içəri batmış döşgilələri laktostaza təkan verir; döş gilələri belə olduqda ana südü ilə qidalandırma və vəzin tamamilə boşaldılması zamanı çətinliklər yaranır.

 

Döş gilələrinin çatları.

Doğuşdan sonrakı dövrdə olan qadınlarda və quru dərili pasientlərdə daha çox müşahidə olunur. Çatların xoralaşması ikincili infeksiyaların prosesə qoşulmasına və döş giləsinin iltihabına gətirib çıxarır.

 

Döş giləsinin ekzeması, allergik dermatit.

Papulyoz (dermatitdə) və ya vezikulyoz-eritematoz (ekzemada) səpkilər və intensiv qaşınma ilə müşayiət olunur. Səpkiləri qaşıdıqda infeksiyalaşan və iltihablaşan sıyrıqlar, sulanan eroziyalar əmələ gəlir.

 

Süd vəzilərinin travmaları.

 Süd vəzilərinin travması hematoma, sonralar onun irinləməsi və döş giləsi toxumasının prosesə cəlb olunması ilə müşayiət olunur. Döş giləsinin iltihabına onun mikrotravmaları (həşərat dişləməsi, sıyrıqlar) da rəvac verir.

 

 

 

İltihabın müalicəsi

 

Xəstəliyin ağırlaşmamış klinik formalarında yerli konservativ terapiya aparılır. Döş giləsi və areola antibakterial məlhəmlərlə işlənir. Kandida mənşəli iltihab zamanı göbələk əleyhinə; herpetik infeksiyalarda isə antivirus məlhəmlər tətbiq olunur. Güclü intoksikasiya simptomları və irinli proses bakterial infeksiyanın qoşulmasından xəbər verir və geniş spektrli antibiotiklərin (penisillin, sefalosporin, tetrasiklin) peroral təyinini tələb edir.

 

Laktasiyada olan qadınlarda döş giləsi-areola zonasında irinli ocaq formalaşdıqda və süddə irin meydana çıxdıqda ana südü ilə qidalandırma qadağan olunur; lakin müntəzəm şəkildə vəzin sağılması vacibdir. Ağrıları yüngülləşdirmək məqsədilə QSİƏP-ın təyin edilir və iltihab ocağına soyuq kompress qoyulur. Bu üsul nəinki ağrıları, həm də iltihab əlamətlərini (ödem, hiperemiya) azaldır. Abses formalaşdıqda o yarılır və drenə olunur. Sağalma mərhələsində toxuma regenerasiyasını sürətləndirən məlhəmlər təyin olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin