AzMİU-da beynəlxalq konfrans öz işinə başlayıb

16:27 05-11-2019 | icon 447 | Təhsil
AzMİU-da beynəlxalq konfrans öz işinə başlayıb

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Radiasiya və kimyəvi təhlükəsizlik problemləri mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans Azərbaycanda mülki müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi sahəsində tədrisin əsaslarını yaradanlardan biri, texnika elmləri doktoru, professor, polkovnik Həbib Ocaqovun anadan olmasının 80 illik yubileyinə həsr olunub.

 

Konfransda ölkəmizin 40-dan çox elm və təhsil müəssisələri ilə yanaşı, ABŞ, Almaniya, Rusiya, Ukrayna, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qırğızıstandan 24 təşkilatı təmsil edən 150-ə yaxın mütəxəssis iştirak edir. 170-ə yaxın məruzə konfransın proqramına daxil edilib. ABŞ-ın Kolorado Universitetinin, Almaniyanın Helmholts Centrum elmi mərkəzinin, Rusiyanın Beynəlxalq Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi Akademiyasının və dünyanın digər nüfuzlu elm mərkəzlərinin nümayəndələri konfransda məruzələrlə çıxış edəcəklər.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova giriş sözü ilə tədbiri açıb, bu mövzuda beynəlxalq tədbirin ölkəmizdə ilk dəfə keçirildiyini deyən rektor onun əhəmiyyətini xüsusi vurğulayıb. Rektor konfransın professor Həbib Ocaqova həsr olunmasını Azərbaycanda mülki müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi sahəsində tədrisin əsaslarını yaradan görkəmli alimin xatirəsinə layiqli töhfə kimi dəyərləndirib.

 

Rektorun çıxışından sonra Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, Rusiyanın Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının prezidenti Gennadi Rodin, AMEA-nın müxbir üzvü, professor, Radiasiya problemləri institutunun direktoru Oqtay Səmədov təbrik nitqləri söyləyib, onun işinə uğurlar arzulayıb.

 

Konfrans plenar iclasla öz işinə davam edib. İki gün davam edəcək konfransda alimlər radiasiya və kimyəvi risklərin idarə olunmasında smart və innovativ texnologiyaların istifadəsi üzrə informasiya və təcrübə mübadiləsi aparcaq, bu sahədə birgə elmi-tədqiqatların və tədrisin inkişaf etdirilməsi üzrə əməkdaşlığın səmərəli yollarını müzakirə edəcəklər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı