"Köklü islahatlar olmasa, bu kadr islahatı uğur gətirməyəcək" - VİDEO

18:41 05-11-2019 | icon 615 | Siyasət
"Köklü islahatlar olmasa, bu kadr islahatı uğur gətirməyəcək" - VİDEO

Fuad Əliyev: "Onlar bu yaşda yenidən vəzifədə olub kimə nə fayda verə biləcəklər?"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev sosial şəbəkələrdə ona ünvanlanan bəzi sualları cavablandırıb.

 
 
Versus.Az-ın məlumatına görə, sualların əksəriyyəti hakimiyyətin son kadr islahatlarıyla bağlı olub.
 
 
ALDP sədri bunu islahat yox, sadəcə yerdəyişmə kimi qiymətləndirib:
 
"Son günlər hakimiyyətdə yenilənmə prosesi gedir. Nazirlər, İcara strukturlarında yaşlı olanları vəzifədən uzaqlaşdırıb cavanları gətirirlər. 37-40 yaşına qədər olanları vəzifələrə təyin edirlər. Ola bilər ki, onlar savadlıdırlar, amma bu rüşvətxor, korrupsiya sistemi onları "yiyəcək"".
 
 
Onun sözlərinə qörə, yeni təyinatla bərabər köklü islahatlar başlanmalıdır. Gömrükdə, vergidə islahatlar olmalıdır, rüşvət və korrupsiya kökündən yığışdırılmalıdır.
 
Hakimiyyət bölgüsünə toxunan Fuad Əliyev qeyd edib ki, birinci növbədə Nazirlər Kabineti bütövlükdə ləğv olunmalıdır. Prezident həmçinin icra strukturların rəhbəridir. Ona görə də Nazirlər Kabineti ləğv olunub onun funksiyaları 3 il bundan qabaq yaranan vitse-prezidentlik institutuna verilməlidir.
 
 
Təqaüd yaşına görə vəzifədən gedənlərə yenidən vəzifə verilməsinə münasibət bildirən ALDP sədri vurğulayıb ki, onların evdə oturub, nəvələriylə oynamaq vaxtları çoxdan gəlib:
 
"Onlar bu yaşda yenidən vəzifədə olub kimə nə fayda verə biləcəklər?"
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin