Sarımsaq qabığından 7 möcüzə RESEPT

02:10 06-11-2019 | icon 544 | Sağlamlıq
Sarımsaq qabığından 7 möcüzə RESEPT

Sarımsağı soyub, qabıqlarını atmağa adət etmişik. Amma sarımsağın özü qədər qabıqları da faydalıdır və xalq təbabətində istifadə olunur.

 
Bir şərtlə ki, bu sarımsaq təbii, torpaqda yetişmiş məhsul olsun. Marketlərdə satılan, qabığı dərmanlar və pestisidlərlə zəngin Çİn sarımsağı olmasın.
 
 
Versus.Az Medicina.az-a istinadən sarımsaq qabıqlarının hansı xəstəliklərə çarə olduğunu və bir neçə resepti təqdim edir.
 
 
 
- Sarımsaq qabığı orqanizmdən toksin, duz, ağır metal, radioaktiv birləşmələri, sərbəst radikalları çox gözəl çıxarıb zərərsizləşdirir
 
- Qabıqda olan pektin damarları təmizləyir
 
- Diabet xəstələri üçün qabıqların dəmləməsi, cövhəri ağırlaşmaların qarşısını alır, mədə-bağırsağa faydalıdır
 
- Orqanizmi daxildən cavanlaşdırır, güc verir
 
- Dərini yaxşılaşdırır
 
- İmmuniteti möhkəmləndirir
 
- Göbələklər, xüsusən onixomikoz əleyhinə təsir edir
 
- Qrip, zökəm xəstələrini tez sağaldır
 
- Virusları öldürür
 
- Baş ağrısını kəsir
 
- Bağırsaq, anus iltihabı, sidik iltihabı ilə mübarizə aparır
 
Necə hazırlaya bilərsiz:
 
 
Qrip, zökəm, burun tutulması, bronxit zamanı
 
2 xörək qaşığı xırdalanmış sarımsaq, 2 x.q soğan qabıqlarını çuqun tavada yağsız qovurun. Sonra bunu qaynar suya töküb, qazanın üzərinizə başınızı, burnunuzu tutub, başınıza dəsmal ataraq buxarı ilə nəfəs alıb, inhalyasiya edin. Çox isti olduqda arada fasilə verin. Cəmi 6-8 dəqiqə müddətə olmalıdır. Gündə 1 dəfə edin
 
 
Böyrək, sidik yolları xəstəlikləri, sistit
 
1 stəkan xırdalanmış qabıqları 1 litr qaynar suda 30 dəqiqə dəmləyin. Gündə 2 dəfə yeməkdən sonra 3 xörək qaşığı olmaqla için. Kurs 7 gün. Çox olmaz
 
 
Bağırsaq iltihabı, diareya
 
Bir ovuc quru qabıqların üzərinə 1 stəkan qaynar su alıb kənara qoyun. Su bir az ilıq olan kimi dərhal onu aramla için. 1 gün içib, 2 gün fasilə. Gündə olmaz, qəbizlik yaradır. 
 
Eləcə də qabıqların dəmləməsi ilə üzü silmək, səpkilərə qarşı losyon kimi istifadə etmək olar.
 
 
Ümumi möhkəmləndirici Resept
 
Bir ovuc xırdalanmış quru qabıqların üzərinə 1 stəkan isti (qaynar yox) su alıb, ağzı bağlı qabda 8 saat saxlayın, sonra süzün, 10 gün ərzində gündə yarım stəkan qəbul edin
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI