Partiya sədri Azərbaycan Prezidentini təbrik etdi

20:05 16-04-2018 | icon 611 | Siyasət
Partiya sədri Azərbaycan Prezidentini təbrik etdi

АZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, 
CƏNAB İLHAM ƏLİYEVƏ

 

Hörmətli Prezident!

Sizi 11 aprel seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir və Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm.

Mən əminəm ki, Siz yeni prezidentlik dönəminizdə Azərbaycan xalqının rifahının daha da yaxşılaşdırılması üçün əzmlə çalışacaq, habelə dünyada sülhün, təhlükəsizliyin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi naminə gərəkən addımları atacaq, eyni zamanda da milli və beynəlxalq layihələrin gerçəkləşdirilməsi yolunda səylərinizi, təcrübə və biliklərinizi bundan sonra da əsirgəməyəcəksiniz.

 

Cənab Prezident!

Biz DADP-çilər ötən 15 il ərzində Sizin prezidentlik fəaliyyətinizi hər zaman yaxından izləmiş və yürütdüyünüz siyasəti daim dəstəkləmişik. Bu həm də bizim mənəvi borcumuzdur. Çünki Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılmış siyasi təşkilatdır. Bu gün mənimlə bərabər, partiyamızın üzvləri də tam surətdə əmindirlər ki, Siz dünyadakı hazırki mürəkkəb geosiyasi şəraitdə Аzərbaycanımızı bundan sonra da uğurla idarə edəcək və həmçinin, Qarabağı mənfur erməni işğalından azad edərək öz adınızı Azərbaycan tarixinə həmişəlik olaraq qızıl hərflərlə yazdıracaqsınız. Mən Birinci Qarabağ Müharibəsinin iştirakçısı və ehtiyatda olan zabit kimi Sizə - öz Ali Baş Komandanımıza bütün varlığımla güvənir və əmr verəcəyiniz təqdirdə yenidən Qarabağ uğrunda döyüşlərə qatılmağa hazır olduğumu bildirirəm.

 

Möhtərəm Prezident!

Seçkilərdəki möhtəşəm qələbəniz münasibətilə Sizi həm öz adımdan, həm də bütün DADP-çilər adından bir daha ürəkdən təbrik edir və Sizə uğurlar, möhkəm cansağlığı, uzun ömür arzulayıram!

 

Dərin hörmət və ehtiramla: 
ƏLİSAHİB HÜSEYNOV 
/Demokratik Azərbaycan Dünyası Partiyasının sədri/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol