Tbilisidə yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzinə tar hədiyyə edildi

08:34 07-11-2019 | icon 363 | Mədəniyyət
Tbilisidə yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzinə tar hədiyyə edildi

Tbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinənin kolleksiyası Beynəlxalq Muğam Mərkəzinin hədiyyəsi ilə daha da zənginləşib.

 

Versus.Az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin “Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər” layihəsi çərçivəsində BMM-in adından Azərbaycan musiqi alətlərinin şahı olan tar Tbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinə hədiyyə edilib.

 

Tbilisi şəhərində Azərbaycanlıların ən çox toplaşdığı mədəniyyət ocaqlarından biri sayılan bu muzeydə musiqi dərnəkləri fəaliyyət göstərir. Muzeydə tar dərnəyinin yaradılması münasibətilə Beynəlxalq Muğam Mərkəzinin direktoru tar alətini Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə təqdim edib. Muzeyin rəhbərliyi dəyərli hədiyyəyə görə BMM-nin rəhbərliyinə minnətdarlığını bildirib. BMM isə öz növbəsində gələcəkdə bu istiqamətdə Azərbaycanın tar ifaçılığının görkəmli nümayəndələrinin muzeydə ustad dərsləri və görüşlərinin keçiriləcəyinə dəstək verəcəyini diqqətə çatdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”