Metroda tanqo sürprizi

18:14 07-11-2019 | icon 373 | Cəmiyyət
Metroda tanqo sürprizi

Noyabrın 8-də saat 17:00-da III Bakı Tanqo Festivalı çərçivəsində “İçərişəhər” stansiyasında Bakı sakinləri üçün tanqo şousu təşkil olunacaq.

 

"Bakı Metropoliteni" QSC-dən Versus.Az-a verilən məlumata görə, bu şou noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində təşkil olunacaq.

 

Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqoyla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün master klasslar da təşkil edəcəklər.

 

Tanqo həvəskarı olan şəhərimizin sakinləri və qonaqları “İçərişəhər” stansiyasına dəvətlidirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi