Toyuq şorbası içməyiniz üçün önəmli səbəb

08:57 08-11-2019 | icon 30 | Sağlamlıq
Toyuq şorbası içməyiniz üçün önəmli səbəb

Bu xəstəliklərin dərmanıdır

 

Mütəxəssislər, toyuq şorbasının insan bədənindəki hüceyrələrin böyüməsi və bərpası üçün zəruri amin turşularının çox zəngin bir qaynaq olduğunu söyləyib. Həmçinin bu qida bədəni xəstəliklərdən qoruyur.

 

Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, qədim dövrlərdən bəri faydaları ilə tanınan toyuq bulyonu şorbası, Misirdə ümumi soyuqluq üçün istifadə edilib. Hətta məşhur alim İbn Sinanın müalicə üsullarında bu qidanın adı keçir.

 

Toyuq şorbasının faydaları nələrdir? Soyuq hava insanın maddələr mübadiləsində bəzi dəyişikliklərə səbəb olduğu üçün bədənin müdafiə mexanizmini xəstəliklərə qarşı zəifləyir. Məsələn, yorğunluq, əzələ, çiyin, bel və boyun ağrıları və zehni problemlər kimi bir çox xəstəliklərə yol açır.Nəticədə soyuqdəymə və qripə tutulma riskini artırır.

 

Bunların qarşısını almaqda toyuq bulyonu əvəzedilməz vasitədir. Bulyon aşağıdakı narahatlıqlara kömək edir:

 

 

Oynaq ağrıları

Qış aylarında oynaq xəstəliyinin qarşısını almaq üçün sağlam və güclü bəslənmənin əhəmiyyətini vurğulayan mütəxəssislər, toyuq bulyonu şorbasında çox zəngin olan mineralların, oynaq ağrıların qarşısını aldığını bildirib.

 

Ağ qan hüceyrələrini qidalandırmaq

Toyuq bulyonundakı maddələrin xəstəliklə mübarizə aparan ağ qan hüceyrələrinin istehsalına töhfə verdiyini deyən mütəxəssislər, onun bədəni soyuqdəymədən və digər xəstəliklərdən də qoruduğunu söyləyirlər.

Amin turşusu mənbəyidir

Əsrlər boyu şəfa mənbəyi kimi tanınan toyuq bulyonu, bədəndəki hüceyrələrin böyüməsi və bərpası üçün zəruri olan amin turşuları ilə çox zəngin bir qidadır.

 

Sinusitləri təmizləyir

Qış aylarında həm içimizi isidən, həm də minerallarla zəngin toyuq bulyonu tənəffüs yollarımızın açılmasına güclü təsir edir. Həmçinin sinusiti açaraq ağrılardan azad olmamıza kömək edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

Qadının ən gizli orqanının sirri açıldı

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

Yatanda ayaqların arasına yastıq qoyun

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

"2020-ci il seçkiləri oğurlanır"

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

Onu ömürlük həbs cəzası gözləyə bilər

Paşinyan yenə sərsəmlədi və...