“Qondarma Erməni soyqırımı” məsələsində Yunanıstanı məsuliyyətli davranmağa dəvət edirik”


Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstan Prezidenti Prokopis Pavlopulosun Ermənistana səfəri çərçivəsində 1915-ci il hadisələrilə bağlı açıqlamalarına mövqe bildirib.
Versus.Az xəbər verir ki, Türkiyə XİN-in sözçüsü Hami Aksoy deyib ki, Yunanıstan Türkiyəyə qərəzli münasibətdə olan ölkələrə dəstək verməkdə davam edir.
O bildirib ki, amma rəsmi Ankara Yunanıstanın türklərə və digər Osmanlı vətəndaşlarına tarixdə etdiyi qəddarlıqları unutmayıb:
“Yunanıstanın sistematik olaraq Osmanlı İmperiyasının müstəqillik dövründə və sonrakı dönəmlərdə türkləri və müsaəlmanları necə məhv etməsi tarixi faktlarda yer alıb. Tarixdəki bu qanlı faktlardan qisasçılıq üçün deyil, ibrət üçün dərs almaq inamında olan Türkiyə bu tarixi gerçəkliklərin əlbəttə fərqindədir. Ölkəmiz əleyhinə olan fəaliyyətləri dəstəkləməyin Yunanıstana heç bir fayda gətirməyəcəyini xatırlatmaq məcburiyyətindəyik”.
Türk diplomat əlavə edib ki, Yunanıstan tərəf iki ökə arasındaki əməkdaşlığa xələl gətirəcək qondarma “erməni soyqırımı” məsələsini dəstəkləməsinin məsuliyyətini dərk etməlidir:
“Biz bölgəmizdə sülh, sabitlik və rifah istəyirik və Yunanıstanı bundabn sonra daha məsuliyyətli davranmağa dəvət edirik. Digər tərəfdən, 1915-ci olayları mövzusunda Türkiyənin mövqeyi hörmətli prezidentimizin hələ Baş Nazir olduğu dövrdə, 2014-ci il aprelin 23-də etdiyi açıqlamada konkret olaraq ortaya qoyulub. Başqa bir izahata ehtiyac duymuruq”. /APA/
Versus.Az

Xəbər lenti

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib
"Tam gücümüzlə bələdiyyə və növbədənkənar parlament seçkilərinə hazırlaşırıq, uğur qazanacağımıza da inanırıq"
DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək
"Azərbaycan vətəndaşları Türkiyə xəstəxanalarında güzəştlərə malik olacaq"
"AB Dağlıq Qarabağ münaqişəsini həll edən deyil..."
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili fərdi yaşayış evləri ilə təmin olundu
"Rəsmi kanallar çərivəsində irəliləyiş olmasa..."
"Münaqişə həll olunandan sonra ermənilərlə Qarabağda sülh şəraitində yaşamağa hazırıq"
Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlıq genişlənir
Sabah yağış yağacaq
ALDP seçkilərlə bağlı qərarını verdi
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
İlk dəfə “Tövrat” orijinaldan Azərbaycan dilinə tərcümə edilib
Filarmoniyada anım gecəsi təşkil olunub
YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Xəstəxanada yanğın
Bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
İrəli
