Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı


Noyabrın 7-də Milli Azərbaycan Tarixi Muzeyində 9 noyabr – Dövlət Bayrağı Günü ərəfəsində Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Qarabağ xanı Mehdiqulu xanın bayrağının orijinalı və bu günlərdə yeni çap olunmuş “Qarabağ xanı Mehdiqulu xanın bayrağı” adlı kitabın təqdimatı keçirildi.
Versus.Az xəbər verir ki, Hakimiyyət rəmzi olaraq Rusiya imperatoru I Aleksandr tərəfindən Qarabağ xanı Mehdiqulu xana 1806-cı ildə hədiyyə edilmiş bu bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsindən olan Azərbaycan xanlarını əzəli Azərbaycan ərazisi olan Qarabağın hakimləri kimi tanımalarının maddi sübutudur.
Təqdimat zamanı ilk dəfə olaraq bayraq əyani şəkildə tamaşaçılara və KİV nümayəndələrinə təqdim olundu. Bayrağa həsr olunmuş “Qarabağ xanı Mehdiqulu xanın bayrağı” adlı kitabda zəngin mənbə və ədəbiyyat əsasında bayrağın təqdim edildiyi tarixi şərait, XX əsrdə Azərbaycana gətirilməsinin tarixçəsi və təsviri şərh edilir. Kitabın müəllfi t.ü.f.d., dosent Səbuhi Əhmədov, elmi redaktoru akademik Nailə Vəlixanlıdır. Kitab Azərbaycan və rus dillərində çap olunub.
Stendlərdə Mehdiqulu xanın bayrağı, Məhəmmədhəsən ağaya təqdim edilmiş medal və müvafiq sənədlər, Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycanın dövlət rəmzlərinə həsr olunmuş nəşrlər təqdim olunur. Təqdimatda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev, AMEA İctimai elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, t.ü.e.d. Maisə Rəhimova, akademik Gövhər Baxşəliyeva, akademik Şahin Mustafayev, t.ü.e.d. Məryəm Seyidbəyli, muzey əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni sələndirildi. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları salamlayaraq, bugünki tədbirin mühümlüyünü, bu günün Azərbaycan tarixində çox əlamətdar bir gün olduğunu qeyd etdi və “Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycanın dövlət rəmzlərinə həsr olunmuş nəşrləri” mövzusunda çıxış etdi. Tarixçi alim slaydlardan ibarət müvafiq prezentasiyanın nümayişi ilə Azərbaycanın dövlətçilik rəmzlərinin yaranmasının tarixi və bu atributların bu günümüzə qədər uzun, keşməkeşli yol keçdiyini dedi. Bildirdi ki, müstəqil dövlətimizin üçrəngli bayrağı suverenliyimizin, müstəqilliyimizin rəmzidir. Muzeyimizdə, müxtəlif tarixi hadisələrin şahidi olmuş 90-n çox bayraq qorunur. Bu yaxınlarda Muzeyin yenilənmiş ekspozisiyasında bir çox bayraqlar daha da geniş sahədə sərgilənəcək.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış etdi. O, Muzey tərəfindən nəşr olunan, Qarabağ xanı Mehdiqulu xanın bayrağından bəhs edən kitabın əhəmiyyətindən danışdı. Bu təqdimatın keçirilməsində Muzey rəhbərliyinə öz təşəkkürünü bildirdi və qeyd etdi ki, Milli Azərbaycan Tarixi Muzeyi mütəmadi olaraq Azərbaycan tarixinin təbliği və maarifçilik istiqamətində işləri həyata keçirir.
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev da çıxış edərək, bu təqdimat mərasimində iştirak etdiyi üçün akademik Nailə Vəlixanlıya təşəkkürünü bildirdi və bu kitabın Azərbaycan tarixinə ən gözəl töhfə olduğunu qeyd etdi. Həmçinin, Milli Azərbaycan Tarixi Muzeyinin belə əlamətdar günlərdə həmişə elmi-maarifləndirici tədbirlər təşkil etdiyini də qeyd etdi.
Kitabın müəllifi, t.ü.f.d., dosent Səbuhi Əhmədov “Qarabağ xanı Mehdiqulu xanın bayrağı” haqqında geniş məlumat verdi (slaydlardan ibarət müvafiq prezentasiyanın nümayişi ilə). Versus.Az. müsahibə verən müəllif, 2005-ci ildən bu tarixi eksponat üzərində apardığı tədqiqat işlərinindən bəhs etdi.
–“ 1805-ci ildə Qarabağ xanlığı və Rusiya imperiyası arasında Kürəkçay müqavilə nəticəsində, xanlıq bu imperiyanın tərkibinə daxil olur və 1806-cı ildə Rusiya imperatoru I Aleksandr Mehdiqulu xana bu bayrağı və qiymətli daş-qaşlarla bəzədilmiş qılınc bağışlayır. Türkmənçay müqaviləsindən sonra isə Tsarskoselsk saray arsenalına köcürülür. XX əsrdə Azərbaycan alimləri böyük çətinliklərlə üzləşərək, bu Bayrağı Azərbaycana gətirə bildilər. Səbuhi Əhmədov qeyd etdi ki. Bayraq 1925-ci ildə Bakıyagətirilib və uzun illər ərzindəbükülü vəziyyətdə Muzeydə qorunub. - “Bu Bayraq haqqında heç bir məlumat olmadığından, 2005-ci ildən başlayaraq onun tarixini araşdıraraq, çətin də olsa, dəyərli məlumatlar əldə etdik”.
Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

Xərçəng, diabet, demensiyanın səbəbkarı bu bakteriya imiş – Ağızdan bədənə keçir
Bu bakteriya Alsgeymer xəstələrinin beyin toxumasında aşkarlanıb
Zavodları bağlamaq kifayətdir ki, astma, bronxit xəstəlikləri azalsın
Körpələrin baş ətrafını mütləq ölçdürün
İnsulta aparan TƏHLÜKƏ
Nə üçün ayaqlarımız şişir?
Pilotlar eniş zamanı təyyarədə iki dəfə şassini açmağı unutdular
Oğurlanmış smartfon oğrunun görüntüsünü sahibinə yolladı - VİDEO
Qızın yumruq zərbəsindən sonra oğlanın daxili orqanlarının yeri dəyişdi
Qısqanc qadın maşının yük yerində gizlənərək ərini izlədi - FOTO
2019-cu ildə “Google”da ən çox axtarılanlar onlar oldu - FOTO
Tarantino “Billi öldürmək” filminin üçüncü hissəsini çəkmək niyyətindədir
Təcavüz etdiyi qadınlara 25 milyon dollar verəcək
Dodaqlarını böyütmək istəyən aktrisa iynəni görəndən sonra kosmetoloqun kabinetindən qaçıb
“Qızıl qlobus” namizədlərin adı açıqlandı
AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib
İrəli
