Deputat əlillər, təhsil və Qarabağ həqiqətlərindən danışdı, bir sıra təkliflər irəli sürdü

14:12 09-11-2019 | icon 421 | Siyasət
Deputat əlillər, təhsil və Qarabağ həqiqətlərindən danışdı, bir sıra təkliflər irəli sürdü

Milli Məclisdə Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr, İnsan Haqları, Hüquq Siyasəti, Dövlət Quruculuğu, Regional Məsələlər, Gənclər və İdman komitələrinin 2020-ci ilin büdcə layihəsi ətrafında müzakirələr keçirilib.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva bir sıra vacib təkliflərlə çıxış edib.

 

Bir neçə gün əvvəl Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə bərabər keçirdiyi tədbirdə müzakirələr barədə danışan millət vəkili Qarabağ həqiqətlərinin dünyada daha da geniş təbliği işlərinin genişləndirilməsi üçün Dağlıq Qarabağın Azərbaycanlı icmasına ayrılan vəsaitin artırılması təklifi ilə çıxış edib. O, işğal altında olan torpaqlarımızdakı separatçı erməni rejiminin, işğalçı Ermənistanın və bəzi qüvvələrin dəstəyilə müxtəlif ölkələrdə tədbirlər, görüşlər keçirdiyini və ölkəmiz əleyhinə böhtan və yalanlarla dolu təbliğatı genişləndirdiyini vurğulayaraq, onların yalanlarının bütün dünyada daha geniş ifşa edilməsi üçün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının da fəal şəkildə beynəlxalq tədbirlərdə təmsil olunmasının, müxtəlif ölkələrdə tədbirlər təşkil etməsinin əhəmiyyəti barədə danışıb və bu istiqamətdə icmaya ayrılan vəsaitin artırılmasına çağırıb:

 

“Biz hamımız getdiyimiz tədbirlərdə Qarabağ həqiqətləri ilə bağlı çıxışlar edirik, amma bununla yanaşı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının beynəlxalq tədbirlərdə daha da geniş təmsil oluna bilməsi, müxtəlif ölkələrdə tədbirlər təşkil etməsi, görüşlər keçirməsi çox vacibdir” deyən millət vəkili Dağlıq Qarabağın Azərbaycanlı İcmasına ayrılan vəsaitin bir az da artırılmasını xahiş edib.

 

“Bu gün ən vacib məsələlərdən biri də cəmiyyətdə kitab oxumağa meyilliliyinin artırılması istiqamətində addımlar atmaqdır” deyən Q.Paşayeva kitaba ƏDV-nin azaldılmasını təklif edib və onun önəmi ilə bağlı geniş fikirlərini söyləyib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cənab prezidentin, ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə böyük islahatlar aparıldığını və bunun insanlar tərəfindən yüksək dəyərləndirildiyini xatırladan Q.Paşayeva əlillərlə bağlı iki həssas məsələyə də daha çox diqqət ayrılmasının vacibliyini vurğulayıb. Bildirib ki, ali məktəblərə ödənişli əsaslarla qəbul olunan I və II qrup əlillərlə yanaşı, III qrup əlillərin də təhil haqqından azad edilməlidir. Millət vəkili bunun əlil gənclərimizin ali təhsilə daha çox cəlb edilməsi istiqamətində vacibliyini önə çəkib. Ali məktəblərə ödənişli əsaslarla qəbul olunan I və II qrup əlil gənclərin təhsildən azad edilməsi istiqamətində cənab prezidentin göstəriş və tapşırıqlarının cəmiyyətdə yüksək səviyyədə qarşılandığını vurğulayan Q.Paşayeva “inanırıq ki, yaxın zamanlarda III qrup əlil gənclərimiz də ödənişli təhsil haqqından azad ediləcək və bu yüzlərlə ailənin sevincinə səbəb olacaq, yüzlərlə gəncimizin təhsilinə daha böyük dəstək olacaq” dedi.

 

Digər vacib bir məsələ isə əlillərin məşğulluğu ilə bağlıdır deyən Q.Paşayeva dövlət və özəl müəssisələrin bir çoxunda iş yerlərində əlillər üçün qanunvericilikdə nəzərdə tutulmuş kvotalara əməl edilmədiyini, bir sıra təşkilatlarda, şirkətlərdə əlillərin işə götürülməsində ciddi problemlərin olduğunu vurğulayıb. Bildirib ki, əlillərin işlə təminatı istiqamətində qanunla iş yerlərində onlara ayrılan kvotalara əməl olunması üçün dövlət və özəl müəssisələrlə ciddi iş aparılmalıdır.

 

Cənab prezidentin əlillərin sosial müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlərin önəmini xüsusi vurğulayan millət vəkili "əlil insanlarımızın məşğulluğunun genişləndirilməsi, bu insanlara dəstəyin daha da artırılması istiqamətində işlərin genişlənəcəyinə inanırıq" deyib. Q.Paşayeva dövlət və özəl qurumları əlillərin işə götürülməsi məsələsinə daha da həssas yanaşmağa çağırıb.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür