“Qarabağ Azərbaycandır və nida işarəsi” devizi altında yürüş keçirilib

20:40 09-11-2019 | icon 329 | Siyasət
“Qarabağ Azərbaycandır və nida işarəsi” devizi altında yürüş keçirilib

Müdafiə Nazirliyi və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibətilə “Qarabağ Azərbaycandır və nida” devizi altında yürüş keçirilib.

 

Müdafiə Nazirliyindən Versus.Az-a verilən məlumata görə, yürüşdə Müdafiə Nazirliyinin, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nümayəndələri, Qarabağ müharibəsi əlilləri və veteranları, həmçinin ictimaiyyət nümayəndələri də iştirak edib.

 

İştirakçılar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" fikrinə dəstək olaraq reallaşdırdıqları yürüş boyunca Bakıdan Tərtərə, Qazaxdan Gəncəyə, Biləsuvardan Beyləqana gedən avtomobil yollarının üzərində yerləşən şəhər və rayonlardakı şəhidlər xiyabanlarını ziyarət edib, həlak olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət edib, xatirələrini ehtiramla anıblar. Yolboyu Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar səsyazma avtomobili vasitəsilə Azərbaycan xalqının zəfər marşı səsləndirilib.

 

Sonda isə tədbir iştirakçıları düşmənlə təmas xəttində yerləşən “N” hərbi hissəsində xidmət edən hərbi qulluqçularla görüşüb və onları bayram günü münasibətilə təbrik ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı