Cocuq Mərcanlı kəndində “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb

21:59 09-11-2019 | icon 353 | Cəmiyyət
Cocuq Mərcanlı kəndində “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb

Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı düşmənə cavab olaraq səsləndirdiyi “Qarabağ Azərbaycandır!” cümləsinin həkk olunduğu lövhə hazırlayıb.

 

Versus.Az xəbər verir ki, Aİİ heyəti həmin lövhəni 9 noyabr 2019-cu il tarixdə Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər zamanı Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidinin önündə açıblar.

 

Qeyd edək ki, Aİİ kollektivi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfəri zamanı “Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksi”ni, kənd məktəbini, burada inşa edilmiş Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidini ziyarət ediblər. Eyni zamanda, Cocuq Mərcanlı Mədəniyyət evində milli-vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib.

 

Səfərin əsas məqsədi tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, gənclərin milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin gücləndirilməsidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF