İnsanın naməlum əcdadı tapıldı

00:51 13-11-2019 | icon 336 | Maraqlı
İnsanın naməlum əcdadı tapıldı

Almaniya, Bolqarıstan, Avstraliya və Kanadadan olan beynəlxalq alimlər qrupu 11,6 milyon il əvvəl miosen dövründə  yaşamış indiyə qədər elmə məlum olmayan primat növünün daşlaşmış qalıqlarını aşkar edib. Tapıntı meymun və insanların son ümumi əcdadının necə olduğunu təxmin etməyə imkan verir.

 

Versus.Az xəbər verir ki, məqalə “Nature” jurnalında dərc olunub.

 

Ətrafların sümüklərinin saxlandığı yeni növ “Danuvius guggenmosi” adlandırılıb. Bu heyvan ön pəncələri ilə budaqlardan yapışaraq sallana bilərdi, lakin gibbon və ya oranqutan kimi digər meymunlardan fərqli olaraq, tez-tez gəzmək üçün istifadə edilən düz arxa ətraflara malik idi. Həmçinin primatın baş barmağı var idi ki, bu da “D. Guggenmosi”nin barmaqların sümüklərinə deyil, ayaqlarına söykəndiyini göstərir.

 

Əvvəllər alimlər hesab edirdilər ki, ikiayaqlı hominid həmişə dörd pəncənin bütün aşağı səthinə dirənən  dördayaqlı primatdan yaranıb. Lakin “D. Guggenmosi” həm ağaca dırmaşma, həm də arxa ayaqları üzərində gəzişməni ehtiva edən tamamilə fərqli hərəkət edirdi. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı