Nevrozun əsası uşaqlıqda qoyulur - 12 əsas ƏLAMƏTİ

01:26 13-11-2019 | icon 1276 | Sağlamlıq
Nevrozun əsası uşaqlıqda qoyulur - 12 əsas ƏLAMƏTİ

Nevroz psixoloji, sosial, genetik ve bioloji səbəblərdən meydana çıxa bilər.

 

 
- Psixoloji səbəb kimi pasiyentin uşaqlıq dövrünü normal yaşaya bilməməsi, ailədə münaqişələr və s. göstərmək olar.
 
- Sosial səbəblərə isə maddi durumun yaxşı olmamasını, işsizlik və s. aid etmək olar.
 
- Bir çox xəstəliklərdə olduğu kimi, nevrozda da genetik faktorlar özünü büruzə verə bilər.
 
 
Versus.Az hekimtap.az-a istinadən bildirir ki, nevrozun yaranmasında ən başlıca səbəb isə bioloji səbəbdir, yəni beyində serotonin maddəsinin (xoşbəxtlik hormonunun ) səviyyəsinin aşağı düşməsidir.
 
 
Nevrozun bir çox növləri var. Buraya aiddir:
 
 - Həyəcan nevrozu;
 - Obsessiv-kompulsiv nevroz;
 - Somatik nevroz;
 - Fobiyalar;
 - Postravmatik stress pozuntusu və s.
 
 
Nevrozun simptomları
 
 - Həyəcan;
 - Ürək döyüntülərinin sayının artması;
 - Kefsizlik;
 - Ruh düşkünlüyü;
 - Bəd xəbər eşitmə qorxusu;
 - Yorğunluq;
 - Yuxu və iştaha pozulmaları;
 - Bədənin müxtəlif nahiyələrində ağrılar;
 - Xəstəlik qorxusu;
 - Ölüm qorxusu;
 - Beyindən çıxmayan fikirlər ve hərəkətlər;
 - Patoloji səliqəlilik və s .
 
 
Nevrozun diaqnostikası
 
Nevroz diaqnozunu qoymaq üçün pasiyentdən ətraflı anamnez toplamaq çox vaxt yetərli olur. Lakin bəzən qanda müəyyən parametrləri də yoxlamağa ehtiyac duyuruq.
 
 
Nevrozun müalicəsi
 
Nevrozların müalicəsi ən son protokollara uyğun olaraq pasiyentin yaşı,  yanaşı xəstəlikləri, çəkisi və s. nəzərə alınaraq fərdi qaydada aparılır. Effektiv müalicə aparmaq üçün ilk növbədə xəstəliyin yaranma səbəbini müəyyənləşdirmək lazımdır.
 
Nevroza səbəb psixoloji gərginlik, özünəqapanma, təşvişli hiss-həyəcan olarsa, bu zaman müalicənin mütləq komponenti psixoterapiyadır. Həmçinin, sakitləşdirici texnikaların tətbiqi də müsbət təsir göstərir.
 
 
Nevrozun profilaktikası
 
Nevrozla yaşamağa məhkum deyilsiniz, bunu həyat tərzinə çevirməyin. Vaxtında bizə müraciət etsəniz, düzgün müalicə ilə bu problemlərdən tamamilə qurtulacaqsınız.
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı