“Xocalı soyqırımında ölən insanlıq”

16:01 17-04-2018 | icon 188 | Ədəbiyyat
“Xocalı soyqırımında ölən insanlıq”

Daşkənddəki “İstiqlol nuri” nəşriyyatı Abduvali Saybnazarovun “Xocalı soyqırımında ölən insanlıq” adlı kitabı özbək və rus dillərində çap edilib.

 

Versus.az Trend-ə istinadən xəbər verir ki, kitabda “Xocalı-şəhiddlər şəhəri” adlı bölmə ilə açılır. Orada Xocalının coğrafiyası, tarixi və mədəniyyəti, 18-ci əsrə aid Əskəran qalası haqqında məlumat verilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdikləri bildirilir.

 

Kitabda bildirilir ki, amansızlıqla öldürülən 613 nəfərin arasında 106 qadın, 63 uşaq, 70 qoca olub. 8 ailə tamamilə məhv edilib, 56 nəfərin xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirildiyi, 1275 nəfərin itkin düşdüyü, 150 nəfərin taleyi haqqında heç bir məlumat olmadığı qeyd edilir.

Topluda deyilir ki, Xocalı soyqırımı zamanı ermənilərin törətdikləri vəhşiliklər Xatın, Xirosima, Naqasaki, Sonqmi, Liditse, Oradur kimi cinayətlərlə bir sırada durur.

 

Əsərdə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu və 20 mindən çox adamın öldürüldüyü, 1 milyondan çox əhalinin qaçqın və məcburi köçkünə çevrildiyi haqqında məlumat verilir.

 

Kitabda qeyd olunur ki, Ermənistan öz işğalçılıq siyasəti nəticəsində Azərbaycanın zəbt olunmuş ərazilərində mədəniyyət abidələrini dağıdıb. Bununla da Ermənistan müharibə zamanı mədəniyyət abidələrinin qorunmasına dair Haaqa və Paris konvensiyalarını kobud surətdə pozub. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini hələ də yerinə yetirməyib.

Nəşrdə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi, dünyanın nüfuzlu kütləvi informasiya vasitələri Xocalı faciəsi haqqında, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, şahidlərin Xocalı faciəsi zamanı gördükləri dəhşətlər və digər məsələlər işıqlandırılır.

 

Qeyd edək ki, kitab Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Onlar “hər zaman Azərbaycanın yanındayıq” dedilər

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

37 saylı məktəb Laçın rayonu üzrə ən yüksən nəticə göstərib

Solo konsert baş tutdu

Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

"Savadlı qadın mollalara ehtiyac var"

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

ALDP-də türk və Azərbaycan şəhidləri yad edilib

Nazir yeni modelin mahiyyətini açıqladı

350 azərbaycanlı tələbə...

Pendir və şor məhsulunun bazarı bağlandı

Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 100

"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

Aşura günü bu ünvanlarda könüllü qanvermə aksiyaları keçiriləcək