"Dinin siyasiləşdirilməsi regionu deyil, bütün bəşəriyyəti narahat edən qlobal məsələdir"


Dinin siyasiləşdirilməsi və onun radikal qruplaşmalar tərəfindən məkrli məqsədlər üçün istifadə edilməsi hər hansı regionun lokal problemi deyil, bütün bəşəriyyəti narahat edən qlobal məsələdir.
Versus.Az xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov deyib.
Onun sözlərinə görə, bu qlobal problemin həllinə nüfuzlu din xadimləri böyük töhfə verə bilərlər.
E.Nəcəfov qeyd edib ki, din dünya mədəniyyətinin inkişafına, xalqların dünyagörüşü və əxlaqi normalarının formalaşmasına, ümumbəşəri dəyərlərin, universal etik prinsiplərin təşəkkülünə mühüm təsir göstərib:
“Lakin o da bir həqiqətdir ki, əsrlər boyu dini öz siyasi məqsədləri, şəxsi ambisiyaları naminə istifadə etməyə çalışan qüvvələr olub. Bu isə tarixdə acı hadisələrin yaşanmasına gətirib çıxarıb, nəticədə dinlərarası və məzhəblərarası müharibələr baş verib, dini şüarlar altında günahsız insanların qanı tökülüb. Əfsuslar olsun ki, bu gün də biz dünyanın qaynar nöqtələrində, xüsusən Yaxın Şərqdə dini radikalizm və ekstremizmin geniş vüsət aldığını, din pərdəsi altında gizlənən terrorçu qruplaşmaların kütləvi qətliamlar törətdiyini görürük. Əlbəttə, bütün bu cinayətlər dini təlimlərdən qaynaqlanmır”.
E.Nəcəfov əlavə edib ki, bunlara səbəb dinin siyasi oyunların alətinə çevrilməsi, dini təlimlərin məqsədyönlü şəkildə təhrif olunmasıdır.

Xəbər lenti

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır
"Xalqa yaxın olmaq və "yeni başlanğıc" üçün mən də seçkiyə qatılacam" "Müxalifətin parlament seçkilərində iştirakı vacibdir.
HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ
Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq
BSU-da Xalq yazıçısı Anarla görüş keçirilib
Növbədənkənar seçkiləri labüd edən məqamlar
"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"
Milli Məclisin adı dəyişdiriləcəkmi?
"Mənim ixtiyarım öz əlimdə deyil"
Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər
650 min ağacın əkilməsi şairin doğulduğu şəhərdən başlanıb
"YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək"
"Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq"
Əhalinin təbii artımı azalır
Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb
"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"
“Həyəcan” düyməsi
İrəli
