İlin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq

12:55 13-11-2019 | icon 418 | İqtisadiyyat
İlin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq

Bu ilin sonuna kimi ümumilikdə 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq.

 

Versus.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, vətəndaş məmnunluğuna imkan yaradan innovativ yeniliklərin əhatə dairəsi getdikcə daha da genişləndiriləcək:

"Müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri bitdikdən sonra illik təqribən 180 minədək şəxs üzrə təyinatlar proaktiv qaydada, onların hər hansı bir ünvana getmələrinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan həyata keçiriləcək".

 

H.Məmişov əlavə edib ki, artıq əlilliyə görə pensiya təyinatı elektron qaydada aparılır. Hazırda pensiyaların digər növlərinin də təyinatının elektronlaşdırılması nəzərdə tutulur:

"Onu da bildirək ki, cari ildə sosial sahədə reallaşdırılan mühüm islahatların tərkib hissəsi kimi, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği də 82 manatdan 150 manata çatdırılıb, həmin uşaqlara qulluq edənlər üçün isə Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı