Bu uşaqlara müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı

13:00 13-11-2019 | icon 49 | Gündəm
Bu uşaqlara müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin avtomatlaşdırılması istiqamətində daha bir addım kimi, sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün elektron təyinat mexanizmi işə salınıb.

 

Versus.Az xəbər verir ki, bunu Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, dövlət başçısının tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib:

"Bu il ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi e-pensiya sistemi ilə əhatə olunur və cari ilin ötən dövründə artıq 15 min şəxsə e-qaydada pensiya təyin olunub".

 

H.Məmişov 2019-cu ilin ilk aylarından sosial müavinət və təqaüdlərin elektron təyinatı infrastrukturunun qurulmasına başlanıldığını deyib. Bildirib ki, onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin e-təyinatı sistemi ötən ay istifadəyə verilib və e-qaydada 7 minədək bu növ təyinat aparılıb. Növbəti addım kimi daha iki sosial təminat növü - sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb.

 

Fond direktoru diqqətə çatdırıb ki, bu il ərzində e-xidmət təqribən 7,5 min uşağa müavinətin və onlara qulluq edən həmin sayda da şəxsə təqaüdün avtomatlaşdırılmış şəkildə təyinatı üzrə 15 minədək insanı əhatə edəcək. Beləliklə, il ərzində 15 min insanın artıq heç bir yerə müraciət etməsinə, sənəd təqdim etmələrinə ehtyac qalmadan, həmin müavinət və təqaüdlər onlara proaktiv şəkildə təyin ediləcək.

 

Qeyd edək ki, uşağa sağlamlıq imkanları məhdudluq elektron sistem üzərindən təyin edildiyi kimi aylıq müavinət də avtomatik müəyyən ediləcək. Nazirliyin “Əlillik” altsistemində hər hansı bir uşağa sağlamlıq imkanları məhdudluq təyin edildikdən sonra bu barədə məlumat digər altsistemə - “Sosial ödənişlər” altsisteminə ötürülür. Həmin altsistem uşağa aylıq müavinəti və ona qulluğa görə valideyninə təqaüdü avtomatik təyin edir və bu barədə, həmçinin ödəniş kartını hansı bankdan alacağına dair sms-məlumat göndərir. Şəxsin telefonu olmadıqda nazirliyin 142 - Çağrı mərkəzi və ya e-sosial.az internet portalı vasitəsilə, yaxud, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi üzrə şöbəsindən məlumatı ala bilər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Qarabağa gedən Yolumuz və ölü erməni

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Növbədənkənar seçkiləri labüd edən məqamlar

Yeni ildə bir həftə iş olmayacaq

Dietoloqlar sirri açdılar

60-ın astanasında...

“Həyəcan” düyməsi

Flora Kərimova İlhamə Quliyeva haqqında bunları dedi