ABŞ senatı Ərdoğanla görüşdən sonra “erməni soyqırımı” ilə bağlı qətnaməni bloklayıb

10:28 14-11-2019 | icon 305 | Dünya
ABŞ senatı Ərdoğanla görüşdən sonra “erməni soyqırımı” ilə bağlı qətnaməni bloklayıb

Respublikaçı senator Lindsi Qrem çərşənbə günü Senatın Osmanlı İmperiyasında bir əsrdən əvvəl "erməni soyqırımını" tanıyan qətnamənin qəbul etməsinin əleyhinə olduğunu bildirib.

 

Versus.Az xəbər verir ki, senator Grem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib.

 

"Mən Ərdoğan və Trampla görüşdüm və Türkiyə ilə Suriyada qarşılaşdığımız problemlərdən danışdıq. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan aralarındakı sözügedən problemi birlikdə həll edər", - deyə senator əlavə edib.

 

Trampın yaxın müttəfiqi hesab olunan Grem senatorlara xitabən "tarixin yenidən yazmağın lazımsız olduğunu" bildirib.

 

Qeyd edək ki, “Erməni soyqırımı” qətnaməsi Xarici İşlər Komitəsində böyük demokrat Robert Menendez tərəfindən təklif edilmişdi.

 

Türkiyə Prezidenti Tayyib Ərdoğan çərşənbə günü Vaşinqtona səfəri zamanı Nümayəndələr Palatasının Osmanlı İmperiyasında "erməni soyqırımı"nın tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını diqqətə çatdırmışdı. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi