“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

13:05 14-11-2019 | icon 185 | Siyasət
“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

Ramiyə Məmmədova: “Bu məsələlər dövlət səviyyəsində araşdırılmalı və orada yaşayan azərbaycanlılara sahib çıxılmalıdır”

 

Türkiyədə “Word Ponaram” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ramiyə Məmmədova “Üç Nöqtə”yə müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Ramiyə xanım, son zamanlar dünya sanki Türkiyənin ətrafında cərəyan edir. Suriyada həyata keçirilən “sülh çeşməsi” əməliyyatından sonra ABŞ-ın Nümayəndələr Palatasında “erməni soyqırımı” ilə bağlı qəbul olunan “qisasçılıq qətnaməsi ABŞ-a nələri qazandırdı” sualı ilə yanaşı, “ABŞ Türkiyədən nə istəyir və onu narahat edən nədir” müəmmasını da ortaya çıxardı. Türkiyədə fəaliyyət göstərən bir siyasi analitik olaraq necə hesab edirsiniz, türk ictimaiyyəti bu prosesi necə qarşıladı və ABŞ belə bir təzyiq vasitəsi ilə Türkiyədən istədiyini ala biləcəkmi?

 

- Avropa və ABŞ, Suriyada “Sülh çeşməsi” əməliyyatına birmənalı yanaşmadı. Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında Amerikaya mesaj göndərdi ki, Suriya ilə olan problemi həll eləmək lazımdır. O, Suriya qaçqınlarının Türkiyədə məskunlaşdığını, bu üzdən Türkiyənin iqtisadi cəhətdən ağır durumda olduğunu qərb dövlətlərinə çatdıraraq dəstək istədi. Amma sonradan Avropa Birliyinə səslənərək, Suriya qaçqınlarının Avropaya buraxılmaması üçün Türkiyəyə verəcəyi dəstəyi ala bilmədiyini bəyan elədi. Sadəcə belə başa düşüldü ki, Türkiyədə səslənən bu çağırışları nə Avropa, nə də Qərb ciddiyə almadı. Belə olduğu halda Avropa Türkiyəyə başqa çarə buraxmadı. Türkiyə öz işini görməyə başladı və Suriyada Təhlükəsizlik bölgəsinin yaradılması barədə qərar qəbul elədi və buna uyğun olaraq Suriyada əməliyyatlara keçməyə məcbur oldular. ABŞ-ın isə burda bir istəyi var və hər zaman da bunu hər kəsdən istəyir. İstəyir ki, dünya ona tabe olsun. Bu tabeçiliyi Türkiyədən görməyən Amerika artıq daxili problemləri qabartmağa başladı. Bəyan elədi ki, Türkiyə NATO dövləti olaraq, müttəfiqimiz olaraq heç bir tabeçiliyi yoxdur. Çünki bilirik ki, Türkiyə ilə Amerika arasında müttəfiqlik, dost münasibətləri hər zaman olub. Sadəcə olaraq son zamanlar Suriya məsələsində Türkiyə ilə ABŞ-ın münasibətləri daha da soyumağa başladı. Bunun isə günahı ABŞ-ın özündədir.

 

- Türkiyənin ÇİN, Rusiyaya yaxınlaşması prosesi ABŞ-ı daha çox narahat edən məqam kimi qeyd olunur. Bu hansı narahatlqdır ki, ABŞ-ı “erməni soyqırımı” qətnaməsini qəbul etməyə sövq etdi? Əslində bu addımın alt yapısında hansı qorxu və hansı siyasət gizlənir?

 

- Son zamanlar Çin, Rusiya ilə Türkiyənin yaxınlaşması, ümumiyyətlə iqtisadi baxımdan inteqrasiya olunması Amerika üçün böyük bir problemə gətirib çıxarıb. Çin ümumiyyətlə dünyaya inteqrasiya olunur və iqtisadi baxımdan artıq bütün bazarları ələ keçirib. Dünyanın ən böyük bazarlarından biri Amerika bazarları olsa da, artıq çin malları amerika mallarının qarşısını kəsməyə başlayıb. Bu artıq iqtisadi baxımdan Amerika ilə Çinin mübarizəsidir. Gördü ki, Tramp dəfələrlə Çindən gələn malların hər birinin yolunu bağlayır. Ona görə də Çinlə Amerikanın iqtisadi baxımdan problemləri var. İkinci bir tərəfdən Türkiyə ilə Rusiyanın yaxınlaşması Amerika üçün çox böyük problemdir. Hər kəsə bəllidir ki, Amerika, Rusiya çox böyük dövlətlər olara soyuq müharibə zamanından bu yana heç də dəyişməyib. Bu gün Rusiaya-Türkiyə yaxınlaşması əlbəttə ki, Amerikanın xoşuna gəlmir. Çünki artıq Türkiyənin Rusiya ilə münasibətləri lazımı dərəcədən də artıqdır. Yəni bu gün Rusiya Amerikanın yerini almağa müəssər olub. Əslində Amerika, Avropa Birliyi Türkiyəyə başqa yol buraxmadı. Hətta Türkiyə siyasi ictimaiyyəti belə çağırışlar edir ki, əgər Avropa Birliyi bizi qəbul etmədisə heç bizə lazım da deyil. Əgər Avropa Birliyi Türkiyəni qəbul etmək istəmirsə, Türkiyə də Avropadan uzaqlaşmağa başlayıb. Lakin Amerika ilə Türkiyənin münasibəti daha yaxın idi. Son FETO məsələsindən sonra 15 iyul, Fransa məsələsindən sonra, indi isə feto məsləsi davam edir və belə iddia edilir ki, onlara Amerikadan dəstək hələ gəlir. Suriya, S400-lərin məsələsində artıq Türkiyə ilə Amerika arasınfda qopmalar başlayıb. Bu qopmalar getdikcə böyüyür və kimsə o qopmalara daxil olub o ölkənin yerini tutmalıdır ki, burda da Rusiya çox fəal iştirak edir.

 

- Güc dövlətləri arasında gedənmüharibələr müəyyən regionda üstünlüyü ələ almaq uğrunda aparılır. Ekspertlər belə fikirlər səsləndiri ki, artıq Türkiyə regionda möhkəmlənir deyə, Amerika onu qısqanır. Öz təsirini Türkiyənin üzərində qoymaq üçün bu çabaları edir. Çox təəccüb doğuaran məqam odur ki, burda erməni kartından istifadə olunur. Türkiyə tarixin araşdırılması məsələsini qaldırır, lakin böyük güclər buna da məhəl qoymur. Türkiyə ilə münasibətlərin bu həddə zəifləməsi Amerikanın özünə nələri vəd edir?

 

- Erməni soyqırımı məsələsi Türkiyə üçün yanıqlı bir məsələlərdən biridir. Çünki  Ermənistan Avropa Birliyində bu məsələnin üstünə gedirlər. Daxildə olan ermənilər isə bu məsələi o qədər də qabartmırlar.  Xaricdə lobbiçiliklə məşğul olan diasporalar, lobbiçiliklə məşğul olan ermənilər bu məsələni qabardırlar. Çünki Əlbətə ki, Türkiyədən alacaqlarını geri qaytarmaq istəyirlər. Ən əsas məsələ lobbiçilik məsələsidir. Yəni daxildə olan ermənilər. Bu məsələni heç bir zaman qabartmaq istəmirlər. Çünki ermənilər o dövlətdə çox varlı, sakit,  istədikləri kimi də hərəkət edirlər, Türkiyənin ən yaxşı ərazilərində ermənilər yaşayırlar. Kənardan gələn erməniləri də Türkiyənin içərisində olan ermənilər müsbət qarşılamırlar. Deyirlər ki, siz gəlib burda bizim yaşayışımıza maneə olursuz. Belə məsələlər də var Türkiyədə.  Xatırlayırsınızsa, Barış Pınarı hərəkatında Erməni kilsəsi özü çıxdı və  xeyir-dua verdi. Ümumiyyətlə, bütün xristian kilsələrində Türkiyə əsgərləri üçün dualar edirdilər.

 

- Belə bir ərəfədə bir neçə ekspert olduki, Ərdoağanı İsraillə münasibətləri korlamaqda qınayırlar. Hesab edilir ki, belə bir şəraitdə yəhudi lobbisi Türkiyəyyə dəstək verə bilərdi, əgər münasibətlər korlanmasaydı. Doğrudanmı Yəhudi lobbisi Türkiyədə o gücə sahibdir və bu məsələdə, yəni “erməni soyqırımı” ilə bağlı qətnamənənin qəbul olunmamasınada Türkiyəyə dəstək verə bilərdi?

 

- Burda bir qədər də Ərdoğanın özünün yürütdüyü siyasət rol alıb. O, ümumiyyətlə israillilərə qarşı mənfi yanaşır. Bunu yaxın Şərqdə Türkiyənin siyasəti kimi də qələmə verir. Hər çıxışında da Türkiyə zərbə altına düşür. Bunun da səbəbləri var. Burda Ərdoğanı da günahlandırmaq olmaz. Çünki Fələstinlə İsrail arasında olanlar artıq  illərdir davam edir. Və Türkiyə müsəlman qardaşı olaraq Fələstinə dəstək verib. Qəzzada israilin fələstinliləri vurub öldürməsi Türkiyədə böyük qalmaqala gətirib çıxardı və Fələstinə böyük dəstək gedir. Bu gün erməni soyqırım məsələsini dəstəkləməkdə Amerikada olan lobbiçilərə yəhudi lobbiçiləri çox böyük dəstək verdilər. Soyqırım məsələsinin qəbul olunmasında orada çox böyük lobbiçilik işi getdi. Çünki illərdir bir məsələni qabrdırdılar və çalışırdılar. Son Amerika-Türkiyə gərginliyi bir növ Amerikanın Türkiyəni cəzalandırması kimi də dəyərləndirilir.  Sən bizim dediklərimizlə razılaşmırsansa, bu da bizim sənə verdiyimiz bir dərs olsun. Amma mən inanmıram ki, Türkiyə bundan Amerikanın dediyi kimi bir dərs çıxararacaq. Bu mümkün deyil. Çünki Türkiyə elə bir dövlətdir ki, son zamanlar çox müsbət nəticələr verən siyasət yürütməyə başlayıb. Yürütdüyü siyasət Türkiyəyə çox böyük zərbələr vurub. Bu millət içlərində o problemləri yaşasalar da, daxili problem olanda bu insanalar birləşirlər. Bunlar üçün fərqi yoxdur ki, bunlar hansı partiyadandır, hansı təriqərtdəndir. Bunlar dövlət və millət üçün bu gün dolları da yandırarlar, lazım olarsa Amerikanın qarşısına silahla da çıxa bilərlər. Mütləq şəkildə milliyyətçilik Türkiyənin ən böyük bayrağıdır.

 

- Türkiyə terrora qarşı mübarizə aparır və Sülh çeşməsi də buna xidmət edirdi. Nə baş verir, nəyə görə Amerika Türkiyənin terrora qarşı bu əməliyyatına bu cür münasibəti sərgiləməli idi? Burda Amerikanın bu cür qərar verməsi Amerikanın terroru dəstəkləməsi anlamına gələ bilərmi?

 

- Amerika danışıqlara oturdu, amma birinci növbədə terrorçuların adından danışıqlar apardı. Çünki bu gün hamı bilir ki, Amerikanın PKK, YPG dəstələrini həm maddi cəhətdən, həm silah-sursat baxımından dəsətkləyən Amerikadır. Amerikanın orda yaratdığı əsgərlərdir ki, bu gün o əsgərlər Ameriakanın Suriyada sahib olduqları neft quyularını o dəstələr mühafizə edir. O dəstələr Amerikanı Yaxın Şərqdə Türkiyə sərhəddində, ümumiyyətlə Suriya daxilində gedən bütün projelərdə dəstək verəndə bunu terror qruplarının üzərindən edir. Net olaraq ora özünün əsgərlərini göndərmir. Sadəcə terror qruplarına dəstək verməklə, onları maliyyələşdirməklə onlara silah-sursat verməklə regiondakı vəziyyəti öz əlində saxlamağa nail olub. Terror qruplarının fəaliyyətləri o dərəcədə genişlənməyə başladı ki, artıq Türkiyə üçün dözülməzliyə gətirib çıxardı. Bəyanatları verdi, sərhədlərdən terrorçuları çəkməyi istədi. İstədi ki, suriyalılar öz vətənlərinə getsinlər. Sonra Ameriaka öz əsgərlərini geri çəkir. Bir tərəfdən Amerika əsgərləri geri çəkilir, ikinci bir yolla tırlarla terror qruplarına silahlar aparılır Amerika bayraqları altında. Sən Türkiyəni terrorist qrupların əlinə verirsən.

 

- Bu proses Təbii ki, Türkiyə-Amerika münasibətlərinə öz zərbəsini vuracaq. Maraqlıdır Türkiyədə terrora, terrorçuya qarşı belə bir münasibəti sərgiləyən ABŞ-ın Qarabağda mövcud olan erməni terroruna qarşı hansı münasibəti sərgilənə bilər? Hansı ki, ABŞ  həmsdər dövləti olaraq ATƏT-in Minsk Qrupuna daxildir.

 

- Biz hələ Qarabağ məsələsində böyük bir irəliləyişə nail ola bilməmişik.  Minsk Qrupu bu münaqişənin həlli prosesində vasitəçilik missiyasını üzərinə götürsə də, illərdir ki, heç bir nəticə yoxdur. Bugünkü gündə eyni məsələ Amerikadan, Avropadan və digər dövlətlərdən qaynaqlanır. Rusiya bu məsələdə əsas baş oyunçu olduğu üçün heç kim bu məsələyə  dərindən qarışmaq istəmir. Ona görə də Avropa Birliyindən ümumiyyətlə Avropadan bu məsələyə dəstək və yaxud yardım ediləcək deyə bir məsələ fantaziya kimi görünür. Bu məsələdə lobbiçilik məsələsi əsas rollardan birini oynaya bilər. Türkiyənin özündə də Azərbaycanda olduğu kimi lobbiçilik məsələsi çox aşağı səviyyədədir. Özləri də belə qeyd edirlər ki, buna çox vaxt özləri də ehtiyac duymurlar. Türkiyədə iştirak etdiyim beynəlxalq konfranslarda bu məsələ ilə bağlı çıxış edən professorlar Türkiyənin erməni lobbisinə qarşı işləməməyini böyük səhv hesab edib. Türkiyə özünü böyük dövlət, millət hesab edərək, belə düşünürlər ki, Avropada, Amerikada ermənilər türklərə heç nə edə bilməzlər. Nəticə etibarilə Amerika lobbinin təsiri ilə Türkiyyəyə qarşı soyqırım qətnaməsi qəbul etdilər. Bu qətnamənin qəbul olunması üçün erməni lobbisində çalışan insanlar Konqresmenlərin qapısını döyüb, xahiş ediblər ki, bu məsələdə onlara dəstək versinlər. Elə Qarabağ məsələsində də ən böyük problemimiz bizim lobbimizin olmamasıdır.  Və yaxud, Rusiyadan sonra ikinci sayca çox yaşadığımız ölkə Türkiyə olsa da, bu gün Türkiyə ictimaiyyəti Azərbaycanı lazımı dərəcədə tanımır. Əgər Türkiyədə bizim aşağı səviyyədə lobbiçilik fəaliyyətimiz varsa və qardaş dediyimiz Türkiyə bizi istədiyimiz kimi tanımırsa, onda Avropa Birliyindən, Amerikadan nə gözləyə bilərik? Bu gün çox təəssüf edirəm ki, xarici dövlətlərdəki Konsulluğun, səfirliyin özləri də heç biri lazımı səviyyədə fəaliyyət göstərmir. İldə bir neçə dəfə bayram və yaxud faciə tarixlərimizdə tədbirlər keçirilir. Amma o da lazımı səviyyədə olmur. Adam bəzən özü də utanır ki, Azərbaycanla bağlı gedən tədbirdə o qədər çılız vəziyyətdə tədbirlər keçirilir ki, Azərbaycanın adı orda 5-3 nəfərin arasında ya səslənir, ya da səslənmir. Gedirlər 3-4 adamı yığırlar ora, fokus olaraq şəkil çəkdirirlər ki, guya iş görürlər. Gəlirlər sinələrinə döyürlər. Görülən işlərin nəticəsidir. Niyə Azərbaycan haqqında nəsə soruşanda heç kim heç nə bilmir. Çünki lazımı səviyyədə işləmirlər.  Adama çox ağır gəlir, əgər sən Azərbaycan adına çıxış edirsənsə, niyə onu istənilən səviyyədə tanıtmırsan. İstambulda bizdən öncə illərdir işləyən dərnəklər var. Mən onların bir çoxunu gəzdim, gördüm ki, heç bir fəaliyyət yoxdur. Məsələn, Azərbaycan adına heç bir TV, Qəzet, QHT-lər və sair təşkilatlar yoxdur. Yəni bu vəziyyətin özü Azərbaycanla bağlı düzgün aparılmasına əngəldir. Azərbaycanlıların orda çox problemləri var, bu məsələləri işıqlandıran yoxdur. Türkiyədə Azərbaycan məktəbləri ümumiyyətlə yoxdur. Düşünürəm ki, bu məsələlər dövlət səviyyəsində araşdırılmalı və orada yaşayan azərbaycanlılara sahib çıxılmalıdır.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Növbədənkənar seçkiləri labüd edən məqamlar

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

“Həyəcan” düyməsi

"Mənim ixtiyarım öz əlimdə deyil"

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Milli Məclisin adı dəyişdiriləcəkmi?

2 həftə ərzində 90% xərçəng hüceyrələri məhv olur

Babamın mədəsini sağaldan -RESEPT

BSU-da “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib