“Bakı Prosesi unikal əməkdaşlıq formatıdır”

14:24 14-11-2019 | icon 54 | Gündəm
“Bakı Prosesi unikal əməkdaşlıq formatıdır”

“Azərbaycanda keçirilən İslam Həmrəylik Oyunlarında 100-dən çox ölkə təmsil olunurdu, mindən çox idmançı, məşqçi iştirak edirdi”.

 

Versus.Az xəbər verir ki, bunu bu gün Dünya dini liderlərinin II Bakı Sammitində çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

 

Dövlət başçısı deyib ki, İslam Həmrəylik Oyunlarının dinlərarası, mədəniyyətlərarası dialoqun təşviqində böyük rolu var:

“Keçən il biz Bakı Prosesinin 10 illiyini qeyd etmişik. Bakı Prosesi mənim təşəbbüsümlə başlanmış prosesdir və bu gün geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT Bakı Prosesini dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edir. 2008-ci ildə Bakıda Avropa Şurasının Mədəniyyət nazirlərinin toplantısı keçirilib. Biz qərara gəldik ki, bu toplantıya İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Mədəniyyət nazirlərini dəvət edək. Beləliklə, birinci təmas yarandı. Ondan sonra 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirlərinin toplantısına biz Avropadan nazirləri dəvət etdik. Azərbaycan nadir ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatına, həm Avropa Şurasına üzvdür. Biz bu imkandan istifadə edib Bakı Prosesinə start verdik. Bu gün beynəlxalq aləmdə Bakı Prosesi çox yüksək qiymətləndirilir. Bakı Prosesi, doğrudan da, unikal əməkdaşlıq formatıdır”./APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Növbədənkənar seçkiləri labüd edən məqamlar

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

“Həyəcan” düyməsi

"Mənim ixtiyarım öz əlimdə deyil"

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Milli Məclisin adı dəyişdiriləcəkmi?

2 həftə ərzində 90% xərçəng hüceyrələri məhv olur

Babamın mədəsini sağaldan -RESEPT

BSU-da “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib