Türkiyə Prezidenti də Allahşükür Paşazadəni təbrik edib

14:57 14-11-2019 | icon 350 | Cəmiyyət
Türkiyə Prezidenti də Allahşükür Paşazadəni təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya liderlərinin II Bakı Sammitinin iştirakçılarına və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə məktub ünvanlayıb.

 

Versus.Az xəbər verir ki, məktubu Dünya liderlərinin II Bakı Sammitində iştirak edən Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaş səsləndirib.

 

Türkiyə Prezidenti sammitin dünyada dinlər və millətlərarası dialoqa mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

 

“Hörmətli Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə. 

Anadan olmağınızın 70, Şeyxülislamlıq fəaliyyətinizin 40 illik yubileyi münasibəti ilə sizi təbrik edirəm. Fəaliyyətə başladığınız andan bu günə qədər bölgənin bütövlüyünə dəstək vermisiniz. Sizin dinlərarası dialoqun genişlənməsində çox böyük əməyiniz var. Uzun illər boyu belə önəmli və məsuliyyəti böyük olan vəzifənin öhdəsindən bacarıqla gəldiyiniz üçün sizi təbrik edirəm.

Allahdan sizə can sağlığı, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində iştirak edən əməkdaşlarınıza uğur və müvəffəqiyyət diləyirəm. Sizin timsalınızda azərbaycanlı qardaşlarıma sülh və sevinc arzulayıram”, - deyə məktubda qeyd olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI