""Qarabağ” adlı ayrıca telekanal yaratmağa ehtiyac yoxdur"

17:19 14-11-2019 | icon 587 | KİV
""Qarabağ” adlı ayrıca telekanal yaratmağa ehtiyac yoxdur"

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bir müddət əvvəl Qarabağ Azadlıq Təşkilatının (QAT) nümayəndə heyəti ilə görüşündə müzakirə olunan məsələlər barədə məlumat verib.

 

Versus.Az xəbər verir ki, MTRŞ sədri açıqlamasında deyib ki, görüş zamanı televiziya kanallarında Qarabağ müharibəsi veteranlarının, əlillərinin və şəhid ailələrinin problemlərinə həsr olunmuş verilişlərin təşkilİ, Qarabağ müharibəsi qəhrəmanlarının təbliği ilə bağlı filmlərin göstərilməsi, Qarabağ mövzusuna dair verilişlərin və analitik proqramların hazırlanması geniş müzakirə edilib:

“Görüşdən sonra qeyd olunan məsələlərlə bağlı MTRŞ tərəfindən telekanallara xüsusi məktubla müraciət olundu. Məktubda deyilirdi ki, telekanallar bu məsələlərə həssaslıqla yanaşmalıdırlar. Bu, sadəcə bir tövsiyə idi, çünki bizim telekanalların efir siyasətinə qarışmaq hüququmuz yoxdur”.

 

MTRŞ sədri deyib ki, rəhbərlik etdiyi qurum efirdə hərbi-vətənpərvərlik mövzusunda verilişlərin sayının artırılmasının tərəfdarıdır:

“Telekanalların rəhbərliyi ilə görüşdə də bunu demişik. Bundan başqa, biz hər zaman Qarabağ Azadlıq Təşkilatı ilə əməkdaşlıq etməyə hazırıq. Onlar "Qarabağ" adlı telekanal yaratmaq istəyirlər. Hesab edirəm ki, “Qarabağ” adlı ayrıca telekanal yaratmağa ehtiyac yoxdur. Bütün kanallarda Qarabağla bağlı verilişlər yayımlanır. Biz “Qarabağ” telekanalı yaradıb, onu adiləşdirə bilmərik”. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı