Qabil Hüseynli: “Seçki ilə bağlı tənqidləri faciəyə çevirmək lazım deyil”

17:58 17-04-2018 | icon 673 | Siyasət
Qabil Hüseynli: “Seçki ilə bağlı tənqidləri faciəyə çevirmək lazım deyil”

 

“Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü məsələsində kifayət qədər ardıcıl mövqe tuta bilər”

 

“Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycana müsbət vədlər verir. Əgər Avropa İttifaqı ilə beynəlxalq tərəfdaşlıq sənədinə imza atsaq, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü məsələsində kifayət qədər ardıcıl mövqe tuta bilər”.

 

Bunu Versus.Az-a politoloq Qabil Hüseynli Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında bağlanacaq yeni tərəfdaşlıq sazişini şərh edərkən bildirib:

 

“Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı 2 dəfə çox cəsarətli bəyanat yayımlayıb. Hələ beynəlxalq təşkilatlardan heç biri Azərbaycanın ərazi bütövlüyü məsələsini bu cür qaldırmamışdı. Üstəlik, Avropa İttifaqı Kataloniyanın timsalında separatizmə qarşı mövqe ortaya qoyub”.

 

Politoloq bu sazişin Azərbaycan neft və qazının Avropa bazarlarına çıxarılaraq ticari əlaqələrin genişlənməsinə də müsbət təsir edəcəyini önə çəkib. O, bu mənada Azərbaycanın Avropa yönümlü siyasətə üstünlük verməsini mühüm hesab edib.

Seçki ilə bağlı daxildə gedən qara-qışqırığın ənənəyə çevrildiyini deyən politoloq, beynəlxalq hesabatları faciəyə çevirib, bunu dövlətlərarası münasibətlərin pozulmasına yönəltməyi məntiqsiz sayıb:

 

“Belə hesabatlar həmişə olub. Seçkini tənqid edən Avropa təşkilatları bir neçə aydan sonra bunu unudurlar. Ona görə də bu qurumların seçki haqqındakı tənqidlərini faciəyə çevirmək lazım deyil”.

 

Politoloq bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanan sazişə əsasən önə çəkilən əsas şərtlər demokratik dəyişikliklər, qanunvericiliyin Avropa standartları səviyyəsinə qaldırılması, insan hüquq və azadlıqlarının qorunmasıdır.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırmada xeyli irəliləyişllər əldə etsə də, seçki qanunvericiliyində müəyyən dəyişikliklərin olunması zərurəti qalır.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı