Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası olacaq

09:15 15-11-2019 | icon 344 | Mədəniyyət
Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası olacaq

Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası olacaq.

 

Teatrdan Versus.Az-a verilən məlumata görə, görkəmli italyan bəstəkarı Q.Donisetti İtaliya opera sənətinin ənənələrini davam etdirərək 65 opera tamaşasının musiqisini araya-ərsəyə gətirmişdir. Onun yaradıcılığının ən parlaq dövrü XIX əsrin 30-40-cı illərinə təsadüf edir. Bəstəkara dünya şöhrəti qazandıran "Sevgi şərbəti" operası da məhz bu illərdə yaranmışdır. Opera çox qısa müddətdə - cəmi iki həftə ərzində yazılmış və ilk dəfə 1832-ci ildə Milanda səhnəyə qoyulmuşdur.

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Sevgi şərbəti" operası 2013-cü ildə tamaşaya qoyulmuş və maraqlı süjet xətti, ecazkar musiqisi ilə operasevərlər tərəfindən rəğbətlə qarşılanmışdır.

 

Noyabrın 23-də keçiriləcək tamaşada Opera və Balet Teatrının aparıcı solistləri – Azərbaycanın Əməkdar artistləri İnarə Babayeva (Adina), Fərid Əliyev (Nemorino), Cahangir Qurbanov (Belkore), Xalq artisti Əkrəm Poladov (Dulkamara) və b. iştirak edəcəklər.

 

Tamaşanı Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür